Caspian European Club-un Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə bu gün (28 oktyabr) keçirilmiş forumda biznes nümayəndələri ilə gömrük sahəsinin inkişafının əsas aspektləri və istiqamətləri müzakirə olunub.
Tədbirdə çıxış edən Aydın Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin fəaliyyəti haqqında geniş məlumat verib. O, Dövlət qurumları ilə özəl sektor arasında daha sıx əlaqələr yaratmaq məqsədilə Caspian European Club çərçivəsində belə görüşlərin keçiriləməsinin vacibliyini qeyd edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev həmçinin Caspian European Club-un üzv şirkətlərinə gömrük qanunvericiliyində tətbiq edilən yeniliklər, onun inkişafının əsas istiqamətləri və hüquqi normativ aktların şərtləri barədə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Hökumətinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2015-ci il 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dövlət qurumları qarşısında əsasında normativ sənədlərin qəbul edildiyi yeni vəzifələr qoyub.
A.Əliyev qeyd edib ki, “Azərbaycanda xeyli sayda sahibkar birlikləri fəaliyyət göstərir və onlardan da biri bizim üçün mühüm əhəmiyyət kəsb edən Caspian European Club-dur”. Onun sözlərinə görə, Caspian European Club təkcə Azərbaycanda deyil, həm də Gürcüstan, Qazaxıstan, Rusiya və digər ölkələrdə işləyir və Dövlət Gömrük Komitəsi hər zaman bizneslə açıq dialoqa hazırdır.
Biznes-forumda eyni zamanda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, sədr müavinləri Əsgər Abdullayev, Rza Həsənəliyev və Şahin Bağırov iştirak ediblər.
Daha sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin Baş idarə rəhbərlərinin – Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov, Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov, Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Hüquq şöbəsinin rəisi Sənan Muxtarovun təqdimatı baş tutub. Dövlət Gömrük Komitəsinin rəhbərliyi sahibkarlığın biznesmenlərlə inkişafının müxtəlif aspektləri ilə bağlı öz fikirlərini bölüşüb.
Sonda mövzu ilə bağlı biznes-forum iştirakçılarının təklifləri, həmçinin Caspian European Club şirkətlərini maraqlandıran suallar müzakirə olunub.
Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Aydın Əliyevə təşəkkürünü bildirib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, gömrük sahəsində əməkdaşlığın yollarını müzakirə ediblər.
Telman Əliyev diqqətə çatdırıb ki, Caspian Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyun ayında təsis edilib. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasındakı dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı Aydın Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Caspian European Club-un biznes-forumunda Rumıniya, Latviya, İspaniyanın səfirləri və şirkət rəhbərləri, bir sıra dövlətlərin, xüsusilə də Türkiyə, ABŞ və Qazaxıstanın diplomatik qurumlarının nümayəndələri iştirak ediblər.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: info@caspianenergy.net; info@caspenergy.com
URL: www.caspianenergy.net;
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət