“Mobil Şöbə” – xarici görünüşü və funksionalı tamamilə yenilənmiş mobil əlavəsidir. Bu yenilik müştərilər tərəfindən rəğbətlə qarşılanmış Bankın “İnternet Şöbəsi” xidmətinin davamıdır.
Yeni “Mobil Şöbə”-nin yaradılmasında məqsədimiz müştərilərə bank məhsullarının daha sərbəst və rahat şəkildə idarə edə bilməsi şəraitini təmin etməkdir, sanki onlar gərçəkdən bankın filialına gəlib. Hal-hazırda ilkin versiyanın istifadəyə verilməsinə baxmayaraq, burada da müştəriləmiz üçün bir sıra yeni funksiyalar mövcuddur. Yaxın zamanda daha bir neçə yeniliklərin istifadəyə verilməsi ilə “Mobil Şöbə” imkanlarını genişləndirəcək – deyə Bankın İdarə Heyəti Sədrinin müavini Aslan Abasov bildirdi.
“Mobil Şöbə”-nin funksionalı kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat kimi xidmətləri özündə cəmləyir.
Card to Card əməliyyatları, hesaba mədaxil və kommunal xidmətlərin ödənişini etmək, həmçinin yeni əlavə vasitəsilə mümkündür. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.
İndi Sizə yaxın və uyğun olan bank filialını, bankomatı və ya PayKart bonus sisteminin partnyorunu axtarıb tapmaq daha asan oldu. Müvafiq bölümlərdə obyektin harada yerləşdiyi barədə ətraflı məlumatı Google Maps xəritəsində əldə edə bilərsiniz.
“Mobil Şöbə” –nin istifadəçisi olmaq üçün “Bank Respublika” və “Mobil Şöbə” açar sözlərini Google Play-də yazıb həmin əlavəni yükləyin. Daha sonra Bankın uyğun filialına müraciət edərək mobil qurğunuzun qeydiyyatı üçün Sizə birdəfəlik şifrə veriləcək. Qeydiyyatdan keçən kimi “Mobil Şöbə” seçdiyiniz dördrəqəmli PİN-kodla istifadə oluna bilər.
Hal-hazırda bu əlavə yalnız Android (5.0 və daha yuxarı) platformasından yüklənə bilər, lakin yaxın zamanda iOS sistemi üçün də yeni versiya təqdim ediləcək.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət