Ankara İraq Kürdistanında keçirilən referendumdan sonra Şimali İraqda “Kürd Fəhlə Parliyası” terror təşkilatının (PKK) tərəfdarlarının sayının artmasından ehtiyat edir. Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
“Referendumdan sonra PKK tərəfdarlarının ciddi şəkildə artmasını gözləyirik. Yəni, məsələ terror təhlükəsinin artmasıdır. Biz bütün bunlara qarşı biganə qala bilmərik”, - N.Canikli bəyan edib.
O vurğulayıb ki, Türkiyənin “masasında” hadisələrin inkişafının müxtəlif variantları var və istənilən tədbiri görməyə hazırdır.
“İraqın həmin bölgəsi ilə 400 km dövlət sərhədimiz var və hadisələrin gedişatını diqqətlə izləyirik. Türkiyə xaricdən gələn təhlükələrin aradan qaldırılması üçün istənilən addım atacaq. Həmin təhdidlərin aradan qaldırılmasına dair müxtəlif variantlar masa üzərindədir”, - o vurğulayıb.
N.Canikli bildirib ki, İraq Kürdistanında keçirilən referendum İraqın Konstitusiyasına ziddir və hüquqi əsası yoxdur. “İraq özünün konstitusiyasını bərpa etmək, o cümlədən tərəfdaşları ilə tədbirlər həyata keçirmək hüququna tam malikdir”, - o əlavə edib.
Nazirin fikrincə, İraq Kürdistanında müstəqillik uğrunda referendum dünyanı “yeni qarşıdurmaya” cəlb edəcək. Onun sözlərinə görə, buna səbəb bölgədəki zəif balansdır. “Söhbət etnik, demoqrafik və konfessiyalararası tarazlıqdan gedir. Bu bölgədə balansın kiçik şəkildə pozulması qlobal miqyasda tarazlığın pozulmasına gətirəcək”, - N.Canikli bildirib.
O xatırladıb ki, indiyədək heç bir ölkə Yaxın Şərqə dair planlarını reallığa çevirməyə müvəffəq olmayıb, heç bir hesablanma özünü doğrultmadı. “Suriyanın misalında biz görürük ki, zamanla iri dövlətlər müəyyən məsələlərdə bir-biri ilə kəskin formada toqquşur. Bu bölgədə kifayət qədər ciddi vəziyyət yaranıb və bu yeni qarşıdurmaların meydana gəlməsi üçün təhdiddir. Bu cür referendumun keçirilməsi bütün balansı pozacaq”, - N.Canikli vurğulayıb.
Bundan başqa, nazir əmindir ki, həmçinin keçirilən referendum regionun digər etnik azlıqlardan təmizlənməsini nəzərdə tutur. “Misal üçün, 2003-cü ildən etibarən türkmənləri Kərkükdən çıxarırlar, etnik təmizlənmə aparılır. Onların yerinə iş və maliyyə ilə təmin olunan digər etnik xalqlar yerləşdirilir. Bu, Kərkükün demoqrafik tərkibini dəyişmək məqsədilə həyata keçirilir. Həmçinin məqsəd bu şəhəri referendumun keçirildiyi əraziyə birləşdirməkdir”, - N.Canikli qeyd edib.
“Kərkük referendumun keçirildiyi əraziyə aid deyil. Bütün qalan etnik azlıqlar öz torpaqlarından çıxarılır, assimilyasiya olunurlar. Bu çox pis və yolverilməzdir”, - nazir əlavə edib. **
F.İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət