Azərikimya İstehsalat Birliyinin strukturuna daxil olan "Etilen-Polietilen" zavodunun direktor müavini Natiq Beydullayev, baş metroloqu Zeynal Quliyev və İnsan Resursları departamentinin rəhbəri Mehri Əsədova Bakı Ali Neft Məktəbində (BANM) olublar. Səfərin əsas məqsədi Bakı Ali Neft Məktəbinin tələbələrinin zavodun istehsal təcrübə proqramlarına və həmçinin işə cəlb olunma prosesi haqda bilgiləndirilməsi, eləcə də tələbələrə zavod və onun fəaliyyəti haqda ətrafli məlumatın verilməsi olub.
Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları qəbul edərək BANM və onun fəaliyyəti, statistik göstəriciləri haqda onlara geniş məlumat verib. Daha sonra qonaqlar Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri və məzunları ilə görüşüblər.
Tələbələrlə görüşdə zavodun direktor müavini Natiq Beydullayev iştirakçılara ümumi zavod və onun gördüyü işlər haqda geniş prezentasiya edib, tələbələri zavodun buxar generator kompleksi, su soyutma qurğusu, azot-oksigen qurğusu haqda bilgiləndirib. Zavodun BANM-ın PAM ixtisası üzrə təhsil alan tələbələrinə hazırda böyük ehtiyyac duyduğunu bildirən Natiq Beydullayev, hazırda yeni işçiləri maraqlandıracaq modernizasiya və yenidənqurma layihələrinin də olduğunu bildirib.
Daha sonra zavodun baş metroloqu Zeynal Quliyev çıxış edərək rektor Elmar Qasımova göstərdiyi dəstəyə görə təşəkkür edib. Baş metroloq bundan öncəki illərdə də BANM-ln tələbələrinin zavodda istehsalat təcrübə proqramlarında iştirak etdiklərini və onların digər universitetlərin tələbələrindən bilik və bacarıqlarına görə çox fərqləndiklərini bildirib.
Görüşün sonunda tələbələr "Etilen-Polietilen" zavodunun nümayəndələrinə onları maraqlandıran suallarla müraciət ediblər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət