İlin əvvəlindən bank VTB (Azərbaycan)-ın VTB Online internet bank xidmətindən istifadə edənlərin sayı 25% artıb.
Onlayn xidmətdən daha çox şirkətlər və fərdi sahibkarlar faydalanır. Korporativ müştərilər arasında ən çox istifadə edilən xidmətlər konvertasiya, ölkə daxili və xaricə pul köçürmələri, əmək haqları üzrə ödənişlərdir. Fiziki şəxslər internet bankdan əsasən kommunal, mobil və siğorta xidmətlərinin ödənişi, eləcə də kartdan karta pul köçürmək (Card to Card) üçün istifadə edir. Internet bank vasitəsi ilə bank daxilində kartlar arasında pul köçürmə zamanı müştərilərdən komissiya tutulmur, bu da belə əməliyyatları daha sərfəli edir.
VTB Online internet bank vasitəsi ilə mobil operator xidmətləri, kreditlər üzrə ödənişlər, hesablar arasında pul köçürülmələr, ödəmə şablonlarının yaradılması və saxlanılması mümkündür. Bundan başqa, müştərilər onlayn rejimdə hesabdan çıxarış, hesab üzrə balans, tranzaksiyalar və əməliyyatların statusu barəsində məlumat əldə edə bilər. Əməliyyatları istənilən vaxtı, bankın ofisinə gəlmədən həyata keçirmək olar.
Qeyd edək ki, internet bank istifadəçiləri eləcə də “VTB Mobile” mobil bank xidmətindən də yararlana bilər. Bunun üçün IOS və Android sistemlərini dəstəkləyən mobil cihaza «VTB Mobile» əlavəsini yükləmək lazımdır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət