AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın maliyyə hesabatına əsasən, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb. Portfeldə nəzərə çarpan stabil artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi yüksək etimadın göstəricisidir. Belə ki, depozit portfeli ilin əvvəlinə olan göstəricidən 28,381 milyon manat və ya 7,1% çoxdur.
31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib ki, bu da minimal normadan təxminən 4 dəfə çoxdur. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.
Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: "Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Bundan başqa, bankın müştərilərinin və aparılan əməliyyatların sayında da ciddi artım müşayiət olunur. Bu müsbət dinamikaya əsaslanaraq cari illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq".
"AccessBank"ın nizamnamə kapitalı 140,258 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW - "Kreditanstalt für Wiederaufbau", "Access Microfinance Holding AG" və "LFS Financial Systems GmbH".
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət