Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.
Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ü keçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isə mobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasını istifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini genişləndirməyi nəzərdə tutub.
4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət