Oktyabrın 27-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün “Xəyallarındakı işi tap” mövzusunda ikinci motivasiya treninqi keçiriləcək. Bu barədə 10 ildir ki, məşqçi-motivator qismində Azərbaycan, Qazaxıstan və Gürcüstanın iş adamları, tələbələri və idmançıları üçün treninqlər təşkil edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün birinci motivasiya treninqi oktyabrın 13-də təşkil olunub və uğurla keçib. Tələbələrin çoxsaylı xahişlərindən sonra oktyabrın 27-də növbəti dəfə treninq təşkil etmək qərara alınıb”, - deyə Telman Əliyev əlavə edib.
Treninq çərçivəsində düzgün CV tərtib etmək, müsahibədən keçmək, komandada işləməyi, gəlirləri artırmağı, emosiyaları və zamanı idarə etməyi öyrənmək kimi mövzulara toxunulacaq. Fəal iştirakçılar nüfuzlu şirkətlərə işə düzəlmək perspektivi olan praktiki treninqlərdə ödənişsiz iştirak etmək imkanı əldə edəcəklər. Treninqin iştirakçıları faydalı məlumatlar almaq, xəyallarındakı işi tapmaq, təcrübəli ekspertlərlə tanış olmaq, netvorkinq və digər imkanlar qazanacaqlar.
Telman Əliyev əlavə edib ki, arzu edən hər kəs www.caspianenergy.net/student linki vasitəsilə online rejimdə “Xəyallarındakı işi tap” mövzusunda motivasiya treninqində qeydiyyatdan keçə bilər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qoyub.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət