Politoloq Fuad Axundov Ermənistanın baş naziri Nikol Paşinyanı sabiq prezident Serj Sarkisyanın Xocalı soyqırımına görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təsirli addımlar atmağa çağırır.
F.Axundov qeyd edib ki, Moldovanın “ТVC 21” telekanalı «Xocalı Post Scriptum» adlı sənədli oçerk nümayiş etdirib (https://www.youtube.com/watch?v=gKojvv6BmYY&feature=share&fbclid=IwAR052C2g50taSw0tACJAL5icAlfds
ShYnYVu0mTzO-zSmWVSm8bKQGsAQpo).
"Filmdə Bakıda Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş matəm mərasimində iştirak etmiş rusiyalı deputatlara dəstək ifadə olunur, eləcə də Ermənistanın nasist dövləti kimi tutduğu mövqe tənqid edilir", - deyə F.Axundov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun sözlərinə görə, filmdə bu cinayətin törədildiyini 1997-ci ildə faktiki olaraq etiraf etmiş Ermənistanın gələcək üçüncü prezidenti Serj Sarkisyanın fikirləri yer alır: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və budur baş verənlər”.
Bundan əlavə, filmdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın da fikirləri öz əksini tapıb. R.Köçəryan 2003-cü ildə AŞPA-da "azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğu” barədə fikir səsləndirmiş, onun həyat yoldaşı isə "qan bankı"nda yalnız erməni milliyyətindən olan şəxslərin qanının saxlanılması ilə bağlı çağırış etmişdi.
“Filmdə təqdim olunan bu və digər faktlar Ermənistanın keçmiş rəhbərlərinin nasist ideologiyasını açıq şəkildə nümayiş etdirir”, - deyə F.Axundov qeyd edib.
Politoloq vurğulayıb ki, filmdə daha bir neçə maraqlı məqam var. Məsələn, N.Paşinyan Almaniyaya səfəri zamanı bəyan edib ki, Ermənistan bu gün Almaniyanın 1946-cı ildə olduğu vəziyyətdədir. "Paşinyan Ermənistanda və müharibədən sonra Almaniyada gedən proseslərlə müqayisə edilə bilən proseslərdən danışıb. Ancaq müharibədən sonrakı dövrdə Almaniya ölkənin siyasi, iqtisadi və məhkəmə həyatının bütün sahələrində kök salmış nasizmin təzahürləri ilə mübarizə aparırdı.
Hitler Almaniyası ilə bağlı vəziyyətdə bəşəriyyət nasizmə qalib gələ bildi, Ermənistanda isə əksinə, nasizm bəşəriyyət üzərində qələbə çaldı və Ermənistanın əvvəlki hakimiyyəti hətta Hitlerin edə bilmədiyini etməyə: monoetnik dövlət qurmağa, tarixi memarlıq abidələrini məhv etməyə, toponimləri dəyişdirməyə müvəffəq oldular", - deyə F.Axundov vurğulayıb.
Onun fikrincə, Almaniya Federativ Respublikasında səsləndirilən fikirləri nəzərə alaraq Paşinyan bugünkü Ermənistanda mövcud olan nasist ardıcıllarını da cəzalandırmalıdır. "Yeni baş nazir 2008-ci il martın 1-də Yerevanda baş vermiş və 10 nəfərin ölümü ilə nəticələnmiş hadisələrə görə ölkənin keçmiş rəhbərlərinə qarşı cinayət işinin açılmasına təşəbbüs edib və indi bu cinayətdə Sarkisyanın təqsirini var gücü ilə sübut etməyə və onu istintaq təcridxanasına R.Köçəryanın yanına göndərməyə çalışır.
Əgər Paşinyan ədalət uğrunda belə mübarizdirsə, qoy Serj Sarkisyanı 1992-ci il fevralın 26-da Xocalıda 613 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə həbs etdirsin. Üstəlik, bunun üçün vaxt sərf etməyə və qanuni əsaslar axtarmağa ehtiyac yoxdur, çünki Sarkisyan bu cinayətin törədildiyini etiraf edib", - deyə F.Axundov bildirib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti 1988-ci ildə Sumqayıtda baş verən iğtişaşlara görə təqsirkar olanların hamısını həbs etmək üçün kifayət qədər siyasi iradəyə malik oldu.
"Cinayətkarların milliyyəti olmur. Əgər Paşinyan demokratik prinsiplərə, ədalət, şərəf prinsiplərinə həqiqətən də sadiqliyini sübut etmək istəyirsə, onda Xocalı soyqırımına görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etsin. Əgər o, bunu etməsə, belə çıxır ki, Paşinyan əvvəlki erməni rəhbərlərdən heç nə ilə fərqlənmir və “10 erməninin öldürülməsinə görə cəzalandırmaq lazımdır, 613 azərbaycanlının öldürülməsinə görə isə yox” nasist ideyasını dəstəkləyir", - deyə politoloq bildirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət