Bir neçə yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə Caspian Energy Club və Caspian Energy İnternational Media Group-un pay iştirakı nəzarət paketini guya Xəzər regionu ölkələrindən birinin kommersiya holdinqinə vermələri ilə bağlı məlumat yayılıb. Eyni zamanda bununla əlaqədar beynəlxalq təşkilatların, Azərbaycan, Gürcüstan və Qazaxıstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəliklərin rəhbərlərindən çoxsaylı zənglər daxil olub. Diqqətə çatdırırıq ki, yayılan məlumat dəqiq deyil və baş verənlərin mahiyyətini əks etdirmir.
Bu barədə Caspian Energy Club-un sədri və və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, Caspian Energy Club və Caspian Energy İnternational Media Group investor cəlb etmək məqsədilə Azərbaycanda və xaricdə bir sıra layihələri satışa çıxarıb. Başlıca hədəf müasir innovasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə yeni formatda çoxsaylı layihələrimizin transformasiyası üçün əlavə investisiyalar cəlb etməkdir. Bunun sayəsində biz fəaliyyətimizin coğrafiyasını daha da genişləndirməyə və əməkdaşlığımızı biznes netvorkinq üçün vahid beynəlxalq platformaya çevirməyə nail ola bilərik.
Telman Əliyevin sözlərinə görə, bəzi layihələr tamamilə yeni forma alacaq, Caspian Energy Club-un öz fəaliyyətində tətbiq etdiyi çoxsaylı alətlər sayəsində biznes nümayəndələri öz məhsul və xidmətlərinin irəliləyişi üçün imkanlardan daha operativ və səmərəli istifadə edə biləcəklər.
Sonda Telman Əliyev qeyd edib ki, hazırda bu layihələrdə pay iştirakı əldə etməkdə maraqlı olan şirkət və təşkilatlarla danışıqlar aparılır. “Danışıqların detalları ilə bağlı yaxın vaxtda daha geniş rəsmi məlumat veriləcək. Məsələ ilə maraqlanan şəxslərdən birbaşa Caspian Energy Club-a müraciət etməyi xahiş edirik”, - deyə o bildirib.
Sıralarında dünyanın 50 ölkəsindən 5000-dən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və bu dialqolarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club müntəzəm qaydada müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət