Fransa prezidenti Emmanuel Makron özünün Facebook səhifəsində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasının vacibliyini bəyan edib. “Azərbaycan qoşunları Ermənistan ərazisinə girib. Onlar dərhal geri çəkilməlidirlər”, - deyə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edən Makron erməni dilində bu sözləri yazıb. Yelisey sarayının mətbuat xidmətinin məlumatına görə, mayın 13-də axşam saatlarında Makron bu mövzunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı müzakirə edib və bundan sonra Fransa prezidentinin sosial şəbəkə hesabında bu fikirlər yazılıb.
“İnterfaks-Azərbaycan” agentliyi tanınmış rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsovdan bu bəyanatı və bütövlükdə, regionda cərəyan edən son prosesləri şərh etməyi xahiş edib.
“Fransa prezidenti Emmanuel Makron bu cür birmənalı olmayan bəyanatı ilə Qarabağda müharibədən sonrakı nizamlanma prosesinə böyük xidmət göstərdi. O, öz sözləri ilə ATƏT-in Minsk qrupunun tabutunun qapağına son mismarı vurmaqla, onun heç olmasa, hər hansı bir formatda bu prosesə qayıtması perspektivi üzərindən xətt çəkdi”, - deyə Kuznetsov bildirib.
Onun sözlərinə görə, əgər bu ana qədər Fransanın açıq şəkildə ermənipərəst mövqeyi diplomatik müzakirə və bəyanatlar mövzusu idisə, indi o, real politics formatına daxil olub, bundan sonra artıq heç bir qatı skeptikin bunun belə olmadığını deməyə əsası yoxdur.
“Maskalar çıxarılıb, Fransa xarici siyasətinin əsl siması bütün dünyaya birmənalı şəkildə nümayiş etdirilib. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmaq üçün artıq nə mənəvi, nə də hüquqi haqqı yoxdur və bu təşkilat əlindən heç bir iş gəlməyən bir çoxları üçün çoxdan yüksək gəlirli yüngül vəzifəyə çevrilmiş bu qrupu ləğv etməlidir. Bu, Azərbaycan üçün çox yaxşıdır, çünki indi Prezident İlham Əliyev deyil, məhz prezident Makron ATƏT-in Minsk qrupunun qatili və qəbirqazanı kimi tarixə düşəcək”, - deyə politoloq vurğulayıb.
Prezident Makronun bu bəyanatına rəsmi Bakının mümkün reaksiyasına toxunan Kuznetsov deyib: “Son 1 il – il yarım ərazindəki hadisələr göstərir ki, Fransa lideri başqa ölkələrin dövlət başçılarının sərt cavabı ilə üzləşməyə artıq öyrəşib. Qısa müddət ərzində onu həm prezident Putin, həm Prezident Ərdoğan, həm Prezident Lukaşenko, həm də Prezident Əliyev yerində oturdublar... Əgər bu siyahıda kimisə unutmuşamsa, onu özünüz davam etdirə bilərsiniz... Prezident Zelenski və baş nazir Paşinyan istisna olmaqla, mən son vaxtlar Makrona sillə vurmayan müvafiq çaplı və miqyaslı siyasətçilər xatırlamıram. O, özü də bilmədən Prezident Əliyevə Cənubi Qafqaz regionunun xarici siyasi flüidlərdən və fluktuasiyalardan asılılığı məsələsində hər şeyi öz yerinə qoymaq üçün gözəl şans verdi".
Aydındır ki, tarixin bu mərhələsində Azərbaycan və Fransa arasında münasibətlər Azərbaycanın Milli Məclisi ölkə hökuməti qarşısında Fransanın ATƏT-in Minsk qrupunun həmsədri statusundan məhrum edilməsi məsələsini qaldırandan sonra tamamilə korlanmışdı. Nəticədə bu gün Fransa şirkətləri Qarabağın bərpası üzrə layihə və tenderlərdə iştirakdan açıq şəkildə kənarlaşdırılıblar. Lakin, neyrolinqvistikaya dair bütün dərsliklərdə deyildiyi kimi, “sonuncu ən yaxşı yadda qalır” və bu “son sözü” də məhz Makron deyib. İndi Azərbaycan Fransa prezidentini barışıq istiqamətində addımlar atmağa məcbur etməklə məsləhətləşmələr aparmaq üçün Parisdəki səfirini təmiz vicdanla geri çağıra bilər.
Kuznetsov hesab edir ki, bu demarş Ermənistan ermənilərinə və bu ölkənin baş naziri səlahiyyətlərini icra edən Paşinyana deyil, yalnız Fransa ermənilərinə hesablanıb. “Gələn il orada prezident seçkiləri keçiriləcək və cənab Makron ölkəni növbəti prezidentlik müddətində də idarə etmək istəyir. Bu işdə ona bir milyon fransız ermənisinin səsi və erməni diasporunun pulu çox lazım olacaq. Və o, məhz buna görə sosial şəbəkədə bu bəyanatla çıxış edib. Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin növbəti mərhələsində onun elektoral bazanı gücləndirmək üçün 100 min Qarabağ ermənisinin ölkəyə emiqrasiyası üçün kvotanın verilməsi və sonradan onlara vətəndaşlıq verilməsi üçün qanun layihəsini Fransa Milli Yığıncağına təqdim etməsə, bundan təəccüblənməyəcəyəm. Ancaq burada yanıla da bilərəm. Lakin istənilən halda, cənab Makron Cənubi Qafqazda öz partiyasını artıq uduzub, indi o, erməni kartını öz daxili siyasi maraqlarına uyğun oynamağa çalışır, bu isə o deməkdir ki, onun Ermənistanın özü onu heç də maraqlandırmır”, - deyə Kuznetsov əlavə edib.
·
·
·
·
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət