Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, bütün göstəricilərdə artım nümayiş etdirib və tarixinin ən yüksək nəticələrini əldə edib!
2023-cü il yanvarın 1-nə Bankın aktivləri 29% artaraq 1,58 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 22% artaraq 127,47 milyon manat olmuş və minimum məcmu kapital normasını 2 dəfədən çox üstələmişdir.
Ötən illə müqayisədə Bankın xalis faiz gəlirləri 49%-dən çox artaraq 84,8 milyon manata, xalis əməliyyat mənfəəti 2 dəfədən çox artaraq 33,28 milyon manata, xalis mənfəəti isə 37 % artaraq 26,65 milyon manata çatıb.
12 ayın yekunlarına əsasən, Bankın depozit və kredit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə bankın depozit portfeli 21% artmışdır ki, bu da çoxsaylı müştərilərin “Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
“Biz çox şadıq ki, 30 illik yubiley ilində Bank Respublika tarixinin ən yüksək nəticələrini əldə edə bildi. Bu müddət ərzində Bank Respublika Azərbaycanın maliyyə-kredit sistemində öz yerini möhkəm tutmuş etibarlı maliyyə institutu kimi özünü təsdiq etmişdir. Bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə komandamıza, bütün müştərilərimizə və partnyorlarımıza öz dərin təşəkkürümü bildirmək istərdim! Bank Respublika qüsursuz fəaliyyəti, yüksək xidmət keyfiyyəti və rəqəmsal məhsul və xidmətlərinin tətbiqinin artırılması ilə gələcəkdə də ona göstərilən etimadı doğruldaraq dinamik inkişafını davam etdirəcək”, - deyə Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət