Fəxrəddin Qurbanovun xatirəsinə
13 fevral 2023-cü il tarixində Azərbaycan diplomatiyasına ağır itki üz verdi. Uzun illər xarici dövlətlərdə işləyərək, Azərbaycan Respublikasının Kanada, Böyük Britaniya və Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri olaraq ölkəmizin maraqlarının keşiyində durmuş, Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışmış Fəxrəddin Qurbanovun hər kəs üçün gözlənilməz vəfat xəbəri XİN-in kollektivini dərindən kədərləndirdi.
Fəxrəddin Qurbanovun dünyadan köçməsi yalnız onun ailəsi və yaxın ətrafı üçün faciə deyil, həmçinin Azərbaycan diplomatiyası və ölkə ziyalısı üçün bir itkidir. Xüsusilə qeyd edilməlidir ki, Fəxrəddin müəllimin dünyasını dəyişməsinin bu qədər təsirli olmasında əsas səbəblərindən biri də məhz onun şəxsiyyətindəki vətənpərvərlik, alicənablıq, sadəlik və səmimilik idi. Müxtəlif ölkələrdə və XİN-in mərkəzi aparatında rəhbər vəzifələrdə çalışdığı dövr ərzində bütün həmkarları ilə yaratdığı xoş səmimiyyət, məsələlərə daim ədalətlə və təmkinlə yanaşma tərzi, eləcə də simasından heç zaman əksik olmayan xoş təbəssümü onu fərqləndirən səciyyəvi xüsusiyyətlərdən olmuşdur. Xatırlatmaq yetərlidir ki, mərhum həmkarımız heç gözlənilmədən vəzifəsindən asılı olmayaraq ən sıravi həmkarının belə otağına daxil olaraq hal-əhval soruşma tərzi, onun bütün işçilərinin kiçik problemlərində belə üz tutduqları bir ünvana çevrilməsi mərhum diplomatımızı hər kəs üçün dəyərli edən məqam kimi önə çıxır. “Necəsiniz?” sualına verilən nadir cavablardan biri də məhz Fəxrəddin müəllimə məxsus idi: “Dualarınızla yaşayıram”.
Mütaliə aşiqi olan böyük ziyalı Fəxrəddin müəllim kitab oxumağı çox sevərdi, eyni zamanda ən əvəzolunmaz hədiyyə qismində də məhz kitabı görürdü. İndiyədək onun kitab hədiyyə etdiyi yüzlərlə insan həmin kitabı vərəqləyərkən qulaqlarında “Kitab bir nəslin digər nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir” sözləri səslənəcəkdir.
Diplomatiya aləmindəki zəngin təcrübəsi onun çalışdığı hər yerdə ölkəmizin milli maraqlarının irəlilədilməsinə öz birmənalı töhfəsini vermişdir. Nazirliyimizin gənc diplomatları arasında Fəxrəddin müəllimin simasında nümunəvi bir diplomat portreti yaranmışdı və həmkarlarımız onun məsələləri təhlil etmə qabiliyyətini dərindən qavramağa və hər vəchlə təcrübəsindən yararlanmağa səy göstərirdi.
Peşəkar diplomata xas olan bütün xüsusiyyətləri vahid bir xarakterdə cəmləşdirməsi, söhbətcilliyi və xoş ünsiyyəti, oxuduğu kitablardan mütəmadi olaraq sitatlar gətirməsi onu təbii olaraq digər ölkə diplomatlarının da sevimlisinə çevirmişdi. Vəfatından keçən bir neçə gün ərzində əcnəbi diplomat həmkarlarının dərin kədərlərini ifadə etmələri də onun fəaliyyətinin uğuru ilə şəxsiyyətindəki nəcibliyinin sintezi kimi xarakterizə oluna bilər.
Ölüm xəbəri bizi dərindən sarsıtsa da, əminliklə deyə bilərik ki, Fəxrəddin müəllimonu sevən və ona böyük dəyər verən insanlar üçün daim yaşayacaq, onun özünəməxsus yeri Azərbaycan diplomatiyasında hər zaman var olacaqdır. Görkəmli xalq şairi Səməd Vurğunun təbiri ilə desək:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək, qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Uca Allahdan Rəhmət diləyirik. Fəxrəddin müəllimin ruhu şad, məkanı cənnət olsun! Amin!
AR XİN kollektivi
ABŞ-ın yeni səfiri Bakıya gəlib
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib
ETX və “Fortinet” kibertəhlükəsizlik sahəsində əməkdaşlıq qurur
11 ay ərzində Azərbaycanda pul bazası 5% artıb, noyabrda 0,4% azalıb
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
HƏMAS girov götürdüyü bütün qadın və uşaqları İsrailə təhvil verdiyini iddia edir
Almaniya Ukraynaya yeni yardım paketini elan edib
İsrail və HƏMAS arasında atəşkəsin bərpasına dair danışıqlar dalana dirənib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək