SOCAR-ın Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə İnformatika üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilib.
Olimpiada iştirakçıları ilə görüşdə şagirdlərə uğurlar arzulayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə mühüm yarışmaya ev sahibliyi etməkdən məmnunluq hissi duyduğunu deyib. Bildirib ki, Bakı Ali Neft Məktəbi hər zaman olimpiadalara dəstək verməyə hazırdır. Elmar Qasımov elə olimpiadaçıların sayına görə Bakı Ali Neft Məktəbinin ölkədə birinci olduğunu diqqətə çatdırıb. Rektor deyib ki, Ali Məktəb Prezident təqaüdçülərinin sayına görə də birinci yerdədir. Bu tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 31-i BANM tələbəsi olub. Rektor Ali Məktəbin uğurlu tələbələrindən biri olan İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyevi kürsüyə dəvət edib. O, gələcəyin tələbələri ilə öz təcrübəsini bölüşüb.
Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev olimpiada hərəkatının istedadların aşkarlanması və inkişafında kifayət qədər böyük platforma olduğunu qeyd edib. O, hər ötən il informatikaya marağın artdığını vurğulayıb, olimpiadaya qatılanların 40 faizinin bölgələrdən gələn şagirdlər olduğunu deyib.
Xatırladaq ki, cari tədris ilində İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarında rekord sayda şagird iştirak edib. Onlardan 8-ci sinif üzrə 185 nəfər, 9-cu sinif üzrə 161 nəfər, 10-cu sinif üzrə 100 nəfər, 11-ci sinif üzrə 85 nəfər Respublika mərhələsinin yarımfinal turunda iştirak haqqı qazanıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət