“Hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü Caspian Energy Club-ın İdarə heyətinin yeni tərkibi seçilir. Bu il Caspian Energy Club-ın idarə heyətinin üzvlərinin növbəti seçkiləri mart ayının 15-də başlayıb. Pandemiya şəraiti ilə əlaqədar seçkilər üç gün davam edib və nəticələr martın 28-də açıqlanıb”, - deyə Caspian Energy Club qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Seçkilərin ilk günündə 20-dən çox dövlət qurumunun və 160 şirkətin rəhbər və nümayəndələrinin iştirakı ilə Grand CEO Lunch təşkil olunmuşdur.
Seçkilərin ikinci günündə Azərbaycan Standartlaşdırma İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, "SGS Azərbaycan" və Caspian Energy Club-ın təşkilatçılığı ilə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə 10-a yaxın dövlət qurumunun, 100-ə yaxın özəl şirkətin rəhbər və nümayəndələri iştirak etmişlər.
Seçkilərin son günü təşkil olunmuş CEO Breakfast çərçivəsində səsvermə davam etmiş, daha sonra isə səslər hesablanmışdır.
Ümumi səsverənlərin sayı 297 nəfər təşkil etmişdir. Səsvermənin nəticələrinə əsasən, 16 namizəddən yalnız altısı lazımi qədər səs toplayaraq Caspian Energy Club-ın İdarə heyətinin yeni üzvü seçilmişlər. Bir namizəd heç bir səs ala bilməyib.
Caspian Energy Club-ın İdarə Heyətinin Üzvləri haqqında Əsasnamə”sinə əsasən, İdarə Heyətinin 7-dən 9-dək üzvü ola bilər. Bununla əlaqədar aprelin 12-də qalan 9 namizəd Caspian Energy Club-ın idarə heyətində vakant yerlər uğrunda mübarizə aparacaq.
Martın 15-dən 17-dək keçirilən səsvermənin nəticələrinə əsasən, Caspian Energy Club-ın yeni İdarə heyətinə Telman Əliyev (Caspian Energy Club) - 237, Zərifə Qəmzəyeva (Gazelle Group) - 79, Ruslan Əliyev (Azəriqaz) - 63, Rəşad Abasov (ASE express) - 57, Savaş Uzan (Azərsun Holdinq) - 54 və Əsəd Nəsrullayev (Debet Safety) - 51 səslə seçilmişlər.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Qarabağdan Ermənistana 19 min nəfər qayıdıb
Putin və Rəisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Peskov: Qarabağda istənilən beynəlxalq missiya yalnız Azərbaycanın razılığı ilə mümkündür
Aİ ölkələri yanvar-iyul aylarında Azərbaycandan karbamid idxalını təxminən 6 dəfə artırıb
AAM 2023-cü ildə Azərbaycanda qızıl və mis hasilatı proqnozunu təkrar nəzərdən keçirib
Ərdoğan: Ermənistan layihəni dəstəkləməsə, Zəngəzur dəhlizi İrandan keçə bilər
Azərbaycan əhalisinin 90%-dən çoxu Zəngəzur dəhlizinin açılacağına inanır
Prokurorluq Sabirabad rayonunda məktəbdə 12 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparır
İKZF-nin müvəkkil bankları 8 ay ərzində ipoteka kreditləşməsini 35% artırıb
Ərdoğan: İrəvanla Bakı arasında normallaşmada irəliləyiş regional proseslərə təkan verəcək
ABŞ Ermənistana $11,5 milyon ayırır
Xankəndi yaxınlığında yanacaq anbarında partlayış nəticəsində 20 nəfər həlak olub
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr