Caspian Energy Club yaxın iki il ərzində Macarıstan, Bolqarıstan, Rumıniya və digər Avropa ölkələrində yeni ofislər açmağı planlaşdırır. Bu barədə Caspian Energy Club İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Hal-hazırda bizim Çexiyadaki ofisimiz aktiv fəaliyyət göstərir. Almaniya, Polşa, Slovakiyadaki ofisləri isə açılış mərhələsindədir. Caspian Energy Club-ın fəaliyyət göstərdiyi Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin bazarları Avropanın özəl sektor nümayəndələri üçün çox cəlbedicidir. Təşkilatımızın müxtəlif ölkələrdə ofislərin açmağının əsas məqsədi bu ölkələrin bazarına çıxmaq istəyən Caspian Energy Club-a üzv olan şirkətlər üçün rahat şərait yaratmaqdır. Biz Caspian Energy Club-a üzv olan şirkətlərə orada öz bizneslərini yaratmağa, iqtisadiyyata sərmayə yatırmağa, birgə layihələr həyata keçirməyə kömək edirik. Azərbaycanda olduğu kimi, bu ölkələrdə də B2G və B2B forumları təşkil etməyi planlaşdırırıq. Düşünürəm ki, bu tədbirlər, ikitərəfli iqtisadi əlaqələri daha da intensivləşdirərək, ölkələr arası dialoqun dərinləşməsinə və əməkdaşlığın uzunmüddətli perspektivdə genişlənməsinə vəsilə olacaq. Klubun xarici ölkələrdə yerləşən bütün ofisləri Bakıdakı mənzil-qərargahın bir hissəsidir”, - Telman Əliyev bildirib.
“Yaşıl enerji və yaşıl iqtisadiyyat, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi, kiçik və orta biznesin inkişafı, regionlarda aktiv iş və bu kimi layihələrin lobbiçiliyi Caspian Energy Club-ın fəaliyyətinin prioritet istiqaməti olaraq qalır. Korporativ və sosial məsuliyyət (KSM) üzrə layihələrə başlamaq bizim üçün çox böyük əhəmiyyət daşıyır. Biznes networking üçün beynəlxalq platforma olaraq biz Avropa şirkətlərinin nümayəndələri və ofislərimizin fəaliyyət göstərdiyi ölkələrin sahibkarları arasında ikitərəfli əlaqələr yaratmağa, həmçinin avropalı həmkarlarımızla öz təcrübə və biliklərimizi bölüşməyə hər zaman hazırıq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var, bilik və bacarıqlarımızı birləşdirməklə biz biznesdə böyük nəticələr və uğurlar əldə edə bilərik”, - deyə Telman Əliyev əlavə edib.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platform olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət