SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən konfransa qatılıb.
Konfransda çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir: “Azərbaycan üçün xüsusi əhəmiyyətə malik Türkiyənin Qars şəhəri Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli Liderimiz dəfələrlə bu şəhərə səfər edib və Qars Qafqaz Universitetinin Fəxri doktoru adına layiq görülüb”.
Bakı Ali Neft Məktəbinin rektoru deyib ki,iki qardaş ölkə həm çətin, həm də xoş gündə hər zaman bir-birinin yanında olub. “Türkiyə 44 günlük Vətən müharibəsi zamanı yenə də Azərbaycanın yanında idi, hər cür mənəvi dəstək göstərirdi. Qardaş ölkədə ötən ayın əvvəlində baş verən güclü zəlzələ zamanı ilk köməyə gedən məhz Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir”. Rektor Türk dünyasının ortaq layihələri, strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin Türk dünyasına verəcəyi faydadan da geniş söhbət açıb.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu düşmən üzərində qazanılan qələbəni bütün Türk dünyasının birliyi, zəfəri adlandırıb. İki qardaş ölkənin birliyinin əbədi olacağını vurğulayıb. Daha sonra əməkdaşlığa dair təkliflər müzakirə olunub.
Tədbirdə həmçinin Azərbaycan Milli Məclisinin üzvü Müşfiq Cəfərov və Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıç çıxış edib.
Səfər çərçivəsində BANM-in rektoru Elmar Qasımovla Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Xatırladaq ki, Türkiyədə səfərdə olan nümayəndə heyətinin tərkibində millət vəkilləri, qazilər, tanınmış ictimai xadimlər, media təmsilçiləri iştirak ediblər.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət