SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yeni reallıqlar çərçivəsində dəyişən biznes trendləri və təhsil” mövzusunda I BANM Biznes forumu keçirilib.
Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu forum sürətlə dəyişən dövrdə biznes və təhsil sahəsinin sıx əlaqələrini, çağırışlara cavab vermək üçün fərqli yanaşmaları, təhsil müəssisələrinin prosesə hazırlığını müzakirə etmək, yeni ideyalar barədə fikir mübadiləsi aparmaq baxımından faydalı platformadır. Rektor qeyd edib ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş və dövlət qurumları, xarici və yerli ali təhsil müəssisələri nümayəndələrinin, iş adamlarının iştirak etdiyi bu ilk forumda müzakirə olunan mövzular aktuallığı ilə seçilir. O, forumun qarşıya qoyulan məqsədlərə çatacağına, biznes və təhsil əlaqələrinə yeni töhfə verəcəyinə əminliyini bildirib və qeyd edib ki, gələcəkdə Ali Məktəb bu cür forumları ənənəvi olaraq keçirməyi planlaşdırır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes və ali təhsil müəssisələrinin əməkdaşlığının vacibliyini vurğulayaraq belə biznes forumların əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, KOBİA universitetlərin elmi potensialından istifadə edilməsi, tələbələr arasında müasir və innovativ düşüncəli sahibkarların formalaşdırılması məqsədilə ali təhsil müəssisələri ilə də sıx əməkdaşlıq edir, birgə təşəbbüslər həyata keçirir.O, kiçik və orta biznesin inkişafı sahəsində həyata keçirilən dəstək mexanizmləri və xidmətlərdən də bəhs edib.
Millət vəkili Vüqar Bayramov çıxışında yeni çağırışlar fonunda təhsilə yeni yanaşma üsullarından, təhsil sektorunun dəyər yaradaraq biznesə daxil olmasından, biznes və təhsilin birgə əlaqələrinin əhəmiyyətindən danışıb.
Forum panel müzakirələrlə davam etdirilib. İlk paneldə Özbəkistanın AKFA Universitetinin Biznes Məktəbinin dekanı Odiljon Abdurazzakov “Rəqəmsal erada sahibkarlıq və sahibkar universitetlər” və İzmir Katip Çelebi Universitetinin Biznesin idarə edilməsi fakültəsinin dekanı Sevtap Ünal “Eksperimental marketinq müasir marketinq strategiyalarından biri kimi” mövzusunda çıxış edib. Forumun II panelində dəyişən biznes trendləri real biznes sektorunun nümayəndələri ilə müzakirə edilib. Bu paneldə “eManat”ın İdarə Heyətinin sədri Ruslan Talıbov və “BERC Group”un həmtəsisçisi və idarəedici partnyoru Kənan Ağayev təqdimat ediblər.
Sonda Bakı Ali Neft Məktəbinin Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov forumun nəticələrinə dair çıxış edib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət