17 may 2023-cü il tarixində Caspian Energy Club və Caspian Energy Uzbekistanın birgə təşkilatçılığı ilə beynəlxalq Caspian Energy Investment Forum Tashkent 2023 tədbiri keçiriləcək. Forum Caspian Energy Club tərəfindən 20 ölkədə keçirilməsi planlaşdırılan və Azərbaycanın Ümümilli Lider Heydər Əliyev cənablarının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Bu barədə Caspian Energy Uzbekistanın İdarə heyətinin sədri Tehran Əliyev bildirib.
Xatırladaq ki, bu tədbirə həsr olunmuş ilk üç forum fevralın 28-də Tbilisidə, martın 22-də Praqada və aprelin 30-da İstanbulda təşkil olunmuşdur. Foruma rəsmi dəstək Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO - tərəfindən göstəriləcək.
Tehran Əliyevin sözlərinə görə təşkil olunacaq beynəlxalq Caspian Energy Investment Forum Taskent 2023-ün əsas mövzuları Özbəkistanın investisiya potensialı (logistika, azad iqtisadi zonalar), kənd təsərrüfatı, sənaye, yaşıl enerji tranziti, enerji təhlükəsizliyi, orta dəhlizin inkişafı, ixrac və idxal imkanları, rəqəmsal iqtisadiyyat, Yeni Daşkənd layihəsinin perspektivləri, eləcə də Avropa İttifaqı ilə türkdilli ölkələrin biznes nümayəndələri arasında əməkdaşlıq olacaqdır.
Forumda Özbəkistanda dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların rəhbərləri və nümayəndələri, həmçinin Xəzər, Qara dəniz və Baltikyanı region ölkələrindən dövlət və özəl şirkətlərin top-menecerləri iştirak edəcəklər.
"Məqsədimiz ikitərəfli iqtisadi əlaqələrin inkişafı, beynəlxalq səviyyədə biznes networking-in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılmasıdır", - deyə Tehran Əliyeb qeyd edib.
Tədbir çərçivəsində forum iştirakçılarının “Özbəkistanın neft və qazı - OGU 2023” 25-ci yubiley beynəlxalq sərgi və konfransına baş çəkmələri, həmçinin “TEXNOPARK” MMC, İT Park və s. bu kimi müəssisələrdə işgüzar görüşlərin keçirməsi planlaşdırılır.
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, Gürcüstan,Özbəkistan, Qazaxıstan, Çexiya, Israil, Almaniya, Polşa, Slovakiya, BƏƏ-də rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət