SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı Gənclər Debat Forumu: Yaz, 2023”ün qrup və seçmə mərhələsi keçirilib.
Forumda 25 ali təhsil müəssisəsi və təşkilatı təmsil edən ən yaxşı 50 komanda iştirak edib.
Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İB-nin sədri Ülviyyə Axundova, debat hakimləri, müxtəlif qurumların nümayəndələri və debatçı gənclər iştirak ediblər.
Elmar Qasımov çıxışında iştirakçılara uğurlar arzulayaraq bu forumun onların bacarıqlarının inkişafı üçün unikal platforma olduğunu vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Debat Forumunun məqsədi gənclər arasında Heydər Əliyev irsinin təbliğ olunması, debat və natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
İlin ən böyük Debat Forumu olan layihədə ümumilikdə 2 gün ərzində 50 komanda, 187 saat debat, 1000-dən çox gəncin iştirakı qeydə alınıb. Forumda Bakı Ali Neft Məktəbini “Buta” komandası təmsil edib.
Forumda “Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətədavamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdir” mövzusunda debatlar aparılıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət