Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının, “Neftçi” Peşəkar Futbol Klubunun təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə həyata keçirilən “V Neftçili Yay Futbol Düşərgəsi”nə maliyyə dəstəyi göstərib.
16 – 25 iyun tarixlərində Bakı şəhərində baş tutacaq, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov, TuranBank-ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.
Düşərgə şəhidlərimizin 6-12 yaş aralığındakı övladlarından ibarət 100 iştirakçını əhatə edir. Layihənin əsas məqsədi gənclərin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
Açılış mərasiminin ardından TuranBank-ın dəstəyi ilə iştirakçılara xatirə hədiyyələri təqdim edildi və həmçinin idman yarışları, “Neftçi” futbol klubu ilə tanışlıq, əyləncə saatı təşkil olundu. Ümumilikdə tədbirin davam edəcəyi 9 gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.
TuranBank
Bizimlə etibarlıdır...
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət