Neft-qaz sektorunun rolu və ona yatırılan investisiyalarla bağlı mübahisələr son on il ərzində diqqət mərkəzindədir.
“Rustad Energy”nin qiymətləndirmələrinə görə, 2014-cü ildə kəşfiyyat və hasilata qlobal sərmayələr $900 milyard həcmində pik həddə çatıb, bundan sonra kəskin azalma baş verib: bu il $580 milyard səviyyəsində investisiyalar proqnozlaşdırılır. O cümlədən, tikintisi tamamlanmış quyuların sayı 2014-cü ildə 88000-dən u il 59000-dək azalıb.
Eyni zamanda, “Rustad Energy” qeyd edir ki, məhsul vahidinin qiymətinin azalması, səmərəliliyin və məhsuldarlığın artması, həmçinin portfel strategiyalarının inkişafı sayəsində mədən sahəsinin səmərəliliyi əhəmiyyətli dərəcədə artıb. Başqa sözlə, sənaye şirkətləri əvvəlkini, lakin daha az xərclə edə bilərlər. İnvestisiyaların azalmasına baxmayaraq, aktivlik göstəriciləri və hasilat həcmi 2010-2014-cü illər səviyyəsində qalmaqla güclü dinamika nümayiş etdirməyə davam edir.
Lakin, bu yaxınlarda dərc olunmuş BCG-nin «Enerji keçidi planı» (The Energy Transition Blueprint) hesabatına görə, tullantıların sıfır balansına nail olmaq üçün ssenarilərin əksəriyyəti 2030-cu ildə 2021-ci ilin 50-80%-ə bərabər səviyyədə neft və qaz tədarükünü nəzərdə tutur. Bu o deməkdir ki, mövcud istehsal aktivləri 2030-cu ildə və uzunmüddətli perspektivdə tələbatı ödəyə bilməyəcək. Hesabatda deyilir ki, enerji təhlükəsizliyi üçün əvəlki kimi, istixana qazlarının tullantılarının ən aşağı intensivliyi ilə ən ucuz hasilat üsullarının hazırlanmasına seçmə investisiyalar tələb olunacaq.
Azərbaycan neft və qaz hasilatını davam etdirmək üçün çox sərfəli vəziyyətdədir. O, tullantıların ən aşağı səviyyəsində yüksək səmərəlilik meyarına görə dünyanın beş aparıcı ölkəsi arasında üçüncü yeri tutur, həmçinin neft və qaz hasilatının zərərsiz dəyəri üzrə liderlər sırasındadır.
Beləliklə, Azərbaycanın neft-qaz resursları dünyanın ən ekoloji təmiz və ən ucuz ehtiyatlarından biridir. Bundan əlavə, ölkənin coğrafi və nəqliyyat-infrastruktur üstünlükləri var.
Bu gün Azərbaycanda neft və qaz hasilatı əsasən AÇG (Azəri-Çıraq-Günəşli) və Şahdəniz kimi iri yataqlarda aparılır. Bu yataqlar hələ 1990-cı illərdən öncə kəşf edilib, 2000-ci illərin əvvəllərində isə onların hasilatına başlanmışdır.
Lakin Azərbaycanın böyük potensialı olan zəngin, öyrənilməmiş şelf resursları var, məsələn, Naxçıvan və Babək iri qaz yataqları, həmçinin quruda geniş kəşfiyyat aparılmamış sahələr. Hesab edirəm ki, hazırda daha fəal kəşfiyyat və yeni yataqların işlənməsi üçün əlverişli məqamdır, xüsusilə daha ekoloji cəhətdən təmiz yüksək keyfiyyətli mənbələrdən söz açılması faktını nəzərə alsaq.
Şübhəsiz ki, Azərbaycan yaşıl - günəş, külək və hidrogen - enerji sahələrinə investisiya yatırmağa davam edəcək. Bu, iqtisadi artımın yeni mənbələrini açacaq və qazın əlavə həcmini ixraca yönəldilməsinə imkan verəcək. Eyni zamanda, neft-qaz ehtiyatlarının etibarlı bazası hələ on ildən artıq müddətdə ölkənin iqtisadi sabitliyinin və enerji təhlükəsizliyinin təminatı olacaq.
Vladimir Roqov, “BostonConsultingGroup”un(BCG) tərəfdaşı və icraçı direktoru, Bakı
**
AZPROMO-nun rəhbəri: Azərbaycan 3-4 il ərzində şərab ixracını $25 milyonadək artıra bilər
Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektar təşkil edir
Parlament 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını təsdiq edib
9 ay ərzində Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 16% artırıb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Netanyahu Qəzza zolağı üzərində nəzarəti Abbasa verilməsinə imkan verməyəcəyini bəyan edib
Mirzoyan regional məsələlərdə İrəvan və Moskvanın oxşar və ya kəsişən maraqları barədə məlumat verib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək