Azərbaycan, Türkiyə və Gürcüstan 2024-cü ildə kiberhücumlarla bağlı birgə hərbi təlim keçirəcək. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.
“Gələn il Türkiyədə kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik”, - deyə o bildirib.
Yerli KİV-in məlumatına görə, Güler vurğulayıb ki, Ankara, Bakı və Tbilisinin qarşılıqlı fəaliyyəti region üçün strateji əhəmiyyət kəsb edir və tərəflər üçtərəfli münasibətləri inkişaf etdirmək əzmindədirlər.
“Biz Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Biz İrəvan və Bakı arasında təmasları dəstəkləyirik”, - deyə o bildirib.
Bundan başqa, türkiyəli nazir Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmaq üçün “3+3” regional platformasının üstünlüklərindən faydalanmağa çağırıb. “3+3” platformasının problemlərin sülh yolu ilə həlli üçün yaxşı format olduğunu düşünürük”, - deyə Güler vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət