Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, aztəminatlı ailələrdən olan 30 yüksək potensiallı gəncin reytinqli universitetlərə daxil ola bilməsi üçün lazım olan bilik və bacarıqları təmin edən təhsil layihəsini dəstəkləyir.
Təcrübəli və uğurlu Roof Academic Training təhsil şirkəti tərəfindən həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan xüsusi istedadlı gənclərin bakalavr, magistr və MBA səviyyələri üzrə tələb olunan IELTS, SAT, GRE, GMAT, TOEFL imtahanlarına hazırlamaq, o cümlədən, universitet və təqaüd müraciətləri proseslərində onlara dəstək olmaqdır.
Layihə 2023-2024-cü tədris ilində universitetlərə müraciət edən və 2024-cü ilin sentyabr ayından təhsilini xaricdə davam etdirməyi planlaşdıran namizədlər üçün nəzərdə tutulub.
Təqaüd layihəsinə seçim prosesi artıq başlayıb və ilkin ərizə formalarının dəyərləndirməsi, ingilis dili səviyyəsinin yoxlanılması, fərdi müsahibə, mütəxəssis rəyi, ev-ailə ziyarəti və yekun dəyərləndirmə mərhələlərindən ibarət olmaqla 6 mərhələdə yoxlanılacaq. Qeyd olunan mərhələlər zamanı namizədlərin akademik göstəriciləri, dərsdənkənar fəaliyyətləri, sosial təminat səviyyəsi, potensialı, istəyi və aktivliyi əsas meyarlar olaraq dəyərləndiriləcək.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədlideyib: "Təşəbbüs həm ölkənin, həm də Nobel Energy-nin gənclərin reytinqli universitetlərdə təhsilinə dəstək olmaqla ölkəmizdə insan kapitalının inkişafına töhfə vermək hədəfləri ilə tam uyğundur. Artıq aztəminatlı ailələrdən olan bir sıra yüksək potensiallı gənclərin təhsil arzularının həyata keçirmələrinə müsbət təsir göstərmiş bu layihə dəstək olmağımız, Azərbaycanda daha möhkəm və parlaq gələcək qurmaq üçün olan öhdəliyimizi və təvazökar töhfəmizi əks etdirir”.
Redaktorlar üçün qeyd
NEQSOL Holdinqin bir hissəsi olan Nobel Enerji Qrupu dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan İnteqrasiya edilmiş Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Etibarlı təcrübəsindən, inteqrasiya olunmuş həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy özünü bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi göstərmişdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət