İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icra katibi Hüseyn Hüseynov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı təlim keçib.
Təlimin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təlimin faydasından danışaraq artıq həyat məqsədinə çevrilmiş dayanıqlı inkişafa Bakı Ali Neft Məktəbində də böyük önəm verildiyini, BANM-in Azərbaycan ali təhsil müəssisələri arasında Dayanıqlı inkişafla bağlı hesabat hazırlayan ilk universitet olduğunu qeyd edib. Rektor DİM-lə bağlı maarifləndirmənin artırılması məqsədilə Ali Məktəbdə müxtəlif tədbirlər, təlimlər keçirildiyini bildirərək bu təlimin də bu istiqamətdə növbəti addım olduğunu vurğulayıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının icra katibi Hüseyn Hüseynov təlimdə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi barədə geniş məlumat verərək ölkəmizdə bu məqsədlərə nail olunması istiqamətində görülmüş işlərdən, hazırlanmış Dövlət Proqramlarından bəhs edib və Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk ölkə olduğunu, həmçinin 4-cü hesabatın hazırlandığını qeyd edib. Hüseyn Hüseynov maarifləndirmənin əhəmiyyətinə də toxunaraq ali təhsil müəssisələrində bu istiqamətdə işlər görülməsininin vacibliyini bildirib. O, BANM-in Dayanıqlı inkişafla bağlı hesabatı ilə tanış olduğunu, hesabatı yüksək qiymətləndirdiyini və bu hesabatın digər müəssisələr üçün nümunə olaraq göstərildiyini vurğulayıb.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət