Nobel Energy (NEQSOL Holdingin bir hissəsi) məmnunluqla bildirir ki, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inkişaf etdirilməsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb. Bu layihə ölkənin milli prioritet məsələlərindən olan regionun Yaşıl Enerji zonasına çevrilməsi kursuna uyğundur.
100 MVt gücündə fotovoltaik günəş elektrik stansiyasının birgə inkişafı iki mərhələdə həyata keçiriləcək. 50 MVt-dan ibarət ilkin fazanın 2027-ci ilə qədər başa çatdırılması, qalan hissənin isə sonrakı illərdə quraşdırılması planlaşdırılır.
Stansiyanın məqsədi ildə təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə təxminən 58 000 evi elektrik enerjisi ilə təmin etməkdir. Layihənin tikinti mərhələsində 600 nəfər işçi qüvvəsi cəlb olunacaq, stansiya istifadəyə verildikdən sonra isə orada 80 daimi iş yeri təmin ediləcək.
Nobel Energy-nin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Nobel Energy-nin regionda və onun hüdudlarından kənarda daha az karbonlu gələcəyə töhfə vermək hədəflərinə uyğun gələn regionun yaşıl transformasiya təşəbbüslərində iştirak etmək fürsətini əldə etdiyimiz üçün məmnunuq. Biz istər bu, istərsə də daha böyük miqyaslı günəş enerjisi layihələrini ən səmərəli və təhlükəsiz şəkildə ərsəyə gətirmək üçün bacarıqlı və sınanmış mühəndislər, dizaynerlər və texniki işçilərimizə güvənirik”.
Layihə çərçivəsində, ölkənin əsas elektrik enerjisi istehsalçısı və ötürücü sistem əməliyyatçısı olan Azərenerji ilə bir sıra fəaliyyətləri özündə əks etdirən xüsusi texniki protokol artıq razılaşdırılıb və imzalanıb. Bundan əlavə, layihə üçün ayrılacaq torpaq sahəsi Cəbrayıl rayonunun müvafiq dövlət qurumları tərəfindən razılaşdırılıb.
Hazırda Azərbaycanın Energetika Nazirliyi və Azərenerji ilə birgə müvafiq investisiya sazişi, enerji alqı-satqısı müqaviləsi və şəbəkəyə qoşulma müqaviləsinin hazırlanması üzərində iş gedir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət