Korporativ Sosial Məsuliyyət strategiyasına hər zaman sadiq qalan Yelo Bank bu dəfə mühüm mədəni hadisəyə öz qapılarını açdı. Bankın Baş ofis binasında “Azərbaycanın Qrafik Dizayn Tarixi 1875-1990" kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi tanınmış qrafik dizayner Rəsul Həsəndir. Kitab, Azərbaycanın mədəni və ictimai tarixindəki vizual sənətlərın qrafik dizayn aspektlərini əhatə edən, ölkəmizin bu sahədəki zəngin mirasını əks etdirən səmərəli bir tədqiqatın nəticəsidir.
Təqdimat mərasimində çıxış edən müxtəlif sahələrdən olan tanınmış simalar kitabın önəmini, unikal xüsusiyyətlərini vurğuladılar. Təqdimatda həmçinin bir sıra maraqlı musiqi ifaları da yer aldı. Vaqif Mustafazadənin doğum gününə təsadüf edən təqdimat mərasimi elə H3 Collective qrupunun caz musiqisi ilə başladı. Ardınca gənc bəstəkar və pianist Nigar Süleymanın işləməsində Aqşin Əlizadənin "Qarabağ havasının" kvartetin ifasında səsləndi. Sonda isə Nigar Süleymanın piano ifasında V. Mustafazadənin “Mart” və “Gəlmədi” kompozisiyaları ifa olundu.
Qeyd edək ki, “Azərbaycanın Qrafik Dizayn Tarixi" kitabı, 1875-1990-cı illər arasında Azərbaycanın vizual sənətləri sahəsindəki dəyişiklikləri, yenilikləri və inkişafları özündə cəmləşdirir. Kitab, uzun illər boyu aparılan arxiv tədqiqatları, muzey ziyarətləri, rəssam və tarixçilərlə görüşlər, auksionlardan əldə edilən nadir materiallar sayəsində hazırlanıb.
Yelo Bank mədəniyyət və yaradıcılığın cəmiyyətin inkişafında oynadığı mühüm rolu dərk edir. Bank bundan sonra da ölkəmizin mədəni irsini vurğulayan təşəbbüsləri dəstəkləməyə hazırdır.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət