Parlaq Bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzun olmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən “Summer Challenge 2024” təcrübə proqramına qeydiyyatı açıq elan edir.
İştirakçılar müasir Agile metodologiyasının tətbiq edildiyi korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldə edə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:
- Təşəbbüskarlıq və öyrənmə həvəsi;
- Pozitiv və kreativ düşüncə;
- Analitik və tənqidi düşüncə;
- Komandada işləmək bacarığı.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara əsasən 2-3 ay ərzində İnsan Kapitalının İdarəedilməsi, Alternativ Kanallar ilə Satış, Mühasibatlıq və Mütləq hesabatlılıq, Proqram Təminatının İnkişafı, Brendin İdarəedilməsi, Risklərin İdarəedilməsi departamentləri və Bankın filial şəbəkəsində təcrübə keçəcəklər.
Müraciət etmək istəyənlər 25 may, 2024-cü il tarixinədək aşağıdakı linkdə qeydiyyatdan keçməlidirlər: http://bit.ly/44unQdg
Seçilmə şansını daha da artırmaq istəyirsinizsə, “Nəyə görə mən və Yelo?” mövzusunda maksimum 90 saniyəlik video çəkərək Google Drive linkini jobs@yelo.az ünvanına “Summer Challenge 2024” mövzusu ilə göndərə bilərsiniz. Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Bütün namizədlərə uğurlar!
Yelo Bank təcrübə proqramı haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət