Azərbaycanın bank sektorunun aparıcı oyunçularından olan AccessBank, sahibkarlığın inkişafı və maliyyə xidmətlərinin əlçatanlığını təmin etmək məqsədi ilə, yeni filialının açılışını qeyd edir.
Beləliklə, 10 may 2024-cü il tarixində Qubada AccessBank-ın Heydər Əliyev prospekti 184 ünvanında yerləşən sayca 20-ci regional filialının açılışı baş tutub. Yeni filial müştərilərin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin, o cümlədən mikro, aqro və istehlak kreditlərinin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Filial şəbəkəsinin genişləndirilməsi AccessBank-ın maliyyə əlçatanlığınin təmin edilməsi və regionlarında müştərilərlə əlaqələrin möhkəmləndirilməsi siyasətini təsdiqləyir. Regional şəbəkənin genişləndirilməsi AccessBank-ın müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərmək, eləcə də regionda iqtisadi inkişafa dəstək olmaq Strategiyasının tərkib hissəsidir.
“Qubada regional filialın açılması bizim üçün mühüm addımdır, çünki biz filiallarımızın sayını 34-ə çatdıra bilmişik ki, bu da müştərilərimizə daha yaxın olmağa və onların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verir. Biz keyfiyyətli maliyyə həlləri və inkişaf perspektivləri axtaran hər kəs üçün etibarlı tərəfdaş olmağı hədəfləyirik”, - deyə AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov filialın açılışı zamanı bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla, 33 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət