Bank sektorunda aktiv işəgötürən şirkətlərdən biri kimi Yelo Bank tez-tez əmək yarmarkalarında, karyera sərgilərində iştirak edir. Məqsəd iş axtaran potensiallı gənclərlə tanış olmaq, onlara Yelo-dakı karyera fürsətlərini tanıtmaq və onları namizəd kimi dəyərləndirməkdir.
Bu cür tədbirlərə gənclərin marağını dəyərləndirən Yelo Bank, Dövlət Məşğulluq Agentliyi ilə birlikdə bu dəfə özü əmək yarmarkasına ev sahibliyi etdi.
"Yelo Career Festival" adlı əmək yarmarkasında 30-dan çox şirkət 300-dən çox vakansiya ilə iştirak etdi. Yarmarkaya qatılan yüzlərlə gənc başda Yelo Bank olmaqla, müxtəlif sektorları təmsil edən prestijli şirkətlərin aktiv vakansiyaları ilə tanış olmaq, yerindəcə müraciət etmək və dəyərli əlaqələr qurmaq imkanına nail oldular.
Tədbirin yekununda iştirakçı qismində qatılan şirkət nümayəndələrinə Yelo-dan təşəkkür sertifikatları təqdim edildi.
Qeyd edək ki, Yelo Bank gənclərə dəstək naminə bir çox universitet və təşkilatlarla aktiv əməkdaşlıq edir. Tələbələrə gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazandırmaq Bankın əsas sosial missiyalarından biridir.
Yelo Bank-ın karyera imkanlarında xəbər tutmaq və faydalanmaq üçün sosial şəbəkələrdə Yelo Team səhifəsini izləyə bilərsiniz.
Banklarda vakansiya (https://www.yelo.az/az/about-bank/career/vacancies/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət