Şirkət 2023-ci ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı bölüşüb. Nəticələr göstərir ki, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm” ASC-də satış gəliri 11% artaraq 226 milyon AZN təşkil edib, ümumi gəlir isə 21,1% artaraq 109 milyon AZN-yə çatıb. Əməliyyat mənfəəti 8,1 milyon manat, yəni 14,6% artaraq 63,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 31% artaraq 66,8 milyon manata çatıb.
“Norm” ASC-nin Baş Maliyyə Direktoru Elvin Mirzəyev bildirib ki, şirkət 2023-cü ildə fəaliyyətini uğurla davam etdirib və həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, şirkət ötən il yüksək məbləğdə - 14 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyən müəssələrindən biri olub.
Şirkətin Baş İcraçı Direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “Biz hal-hazırda tikinti materialları seqmentində genişlənməyi hədəfləyirik və beynəlxalq konsultantlarla bu layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin, şirkətimiz bu il Azərbaycan Sement İstehsalçıları Assosiyasının üzvləri ilə “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub. Assosiasiya üzvləri və Avropa Sement Tədqiqatı Akademiyası (ECRA) ilə birlikdə Azərbaycanın sement və beton sənayesində karbon emissiyalarının azaldılmasına dair Xalis Sıfır Yol Xəritəsinin hazırlanması istiqamətində aktiv işləyirik. Hədəfimiz Yol Xəritəsini yekunlaşdırıb, COP29 tədbirində ictimaiyyətə təqdim etməkdir”.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət