İranın kosmik fəaliyyəti hərbi məqsədlər daşımır."Biz dostlarımıza izah edirik ki, bizim kosmik fəaliyyətimiz hərbi məqsədlər güdmür", - deyə İranın Rusiyadakı səfiri Qulamrza Ənsari Moskvada keçirilən mətbuat konfransında bəyan edib.
O xatırladıb ki, fevralın 4-də İran ölkə prezidentinin iştirakı ilə kosmosa “Kavəşqyar-1” raketini buraxıb.
"Bu raket bütünlüklə İranda hazırlanıb. Söhbət buraxılış qurğusundan və digər tərkib hissələrindən gedir", - deyə o bildirib.
"Biz ümid edirik ki, - deyə səfir əlavə edib, - bu raketin köməyilə biz İranda iqlim şəraitilə bağlı tədqiqatlar apara biləcəyik".
O həmçinin qeyd edib ki, İran Tehranın kosmik raketləri sınaqdan keçirməsilə bağlı Rusiyanın narahatlığına ətraflı cavab vermək niyyətindədir. "Bizim hökumətimiz məsuliyyətlidir. Ona görə də biz hesab edirik ki, bizim vəzifəmiz rusiyalı dostlarımızın narahatlığına ətraflı cavab verməkdən ibarətdir.Əgər biz hiss etsək ki, rusiyalı dostlarımızın bununla bağlı narahatlığı var, biz buna cavab verərik", - deyə Q.Ənsari bildirib.
Bu barədə o Tehranın “Kavəşqyar-1” kosmik raketinin sınağı ilə əlaqədar Moskvanın öz narahatlığını ifadə etməsilə bağlı sualı cavablandırarkən bildirib.
Bu arada RF XİN rəhbərinin müavini Aleksandr Losyukov Moskvanın İranın “Kavəşqyar-1” raketini sınaqdan keçirməsi faktı ilə bağlı narahat olduğunu bəyan edib.
"Belə potensial silahın yaradılması planında istənilən hərəkət əlbəttə, başqalarını da narahat edərdi. Həm də bu, İranın üzərinə nüvə silahı yaratmaqla bağlı şübhə də qoyur", - deyə o, “İnterfaks”ın sualına cavab verərkən bildirib.
"Uzaq məsafələrə uçan raketlər belə silah komplekslərinin tərkib hissələrindən biridir. Əlbəttə, bu, narahatlıq doğurur", - deyə A.Losyukov bildirib.
Bundan əvvəl Strateji Təyinatlı Raket Qoşunları Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Viktor Yesin "İnterfaks"a bildirib ki, fevralın 4-də İranın “Kavəşqyar-1” raketinin buraxılışı Tehranın uzaq mənzilli ballistik raketlərə malik olmağa nə qədər yaxın olduğunu göstərir.
"Bu nailiyyət (“Kavəşqyar-1” raketinin buraxılışı) iranlı mütəxəssislərin belə raket mühərrikləri istehsal etməyi mənimsədiklərini açıq-aydın sübut edir və bu da perspektivdə 3500-4000 və daha çox km-lik uzaq mənzilli ballistik raketlərin yaradılmasına imkan verir", - deyə V.Yesin bəyan edib.
"Mən yaxın illərdə İranda belə raketlər meydana çıxsa, təəccüblənmərəm", - deyə ekspert əlavə edib.
V.Yesin qeyd edib ki, İranda aşağı Yerətrafı orbitdə kosmik aparatların yerləşdirilməsi üçün nəzərdə tutulan raketin buraxılışı raket texnologiyalarının yayılması problematikası ilə ciddi məşğul olan ekspertlər üçün gözlənilməz olmayıb. "İranda Çin və Cənubi Koreya mütəxəssislərinin köməyilə raketqayırma üzrə artıq kifayət qədər möhkəm baza var", - deyə o bildirib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət