Rusiya Xəzərdə nərə balığının yayılmasının nizamlanması üçün Xəzəryanı dövlətlər arasında sazişin imzalanmasını israr edir.
"Yalnız hökumətlərarası saziş bu hövzədə balıq təsərrüfatının dövlətlərarası idarə edilməsi üçün hüquqi əsas və nərə balıqlarının yayılmasının dəstəklənməsi üçün əsas mexanizm ola bilər", - deyə RF baş nazirinin birinci müavini Viktor Zubkov cümə günü Həştərxanda Xəzəryanı dövlətlərin hökumətlərarası iqtisadi konfransında çıxış edərkən bildirib. Onun sözlərinə görə, belə sazişin imzalanması Xəzəryanı ölkələr üçün aktual vəzifədir. V.Zubkov xatırladıb ki, Xəzər dənizinin su bioresurslarının saxlanması və səmərəli istifadəsi haqda hökumətlərarası layihə hələ 1992-ci ildə hazırlanıb. "Müxtəlif səbəblər üzündən razılaşma prosesi uzun illər uzanıb və təəssüf ki, indiyədək başa çatmayıb", - deyə o bəyan edib və bununla yanaşı bu sənədin vacibliyi anlayışının hələ də qaldığını qeyd edib.
V.Zubkov həmçinin qeyd edib ki, bu sənəd 1992-ci ildə Həştərxanda Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın balıq təsərrüfatları tərəfindən yaradılan Xəzər dənizinin bioresurslarından istifadə üzrə komissiya (İran bu komissiyaya 2001-ci ilin sonlarında qoşulub-İF ) çərçivəsində hazırlanıb. Bu komissiya indiyədək nərə və digər növlərdən olan balıqların ovlanmasına icazə verilməsinin təsdiqlənməsi, eləcə də komissiyanın üzvü olan dövlətlərin balıq ovu kvotasının yerinə yetirilməsi üzrə funksiyaları həyata keçirir. Lakin o hesab edir ki, bu komissiyanın səlahiyyətləri kifayət qədər deyil.
V.Zubkov qeyd edib ki, hazırda dünyadakı nərə balığı ehtiyatlarının 90%-i Xəzər dənizində cəmləşib. Hökumətlərarası sazişin imzalanmasının vacibliyini qeyd edərək o bəyan edib ki, "Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya üzərində işlərin başa çatmadığı bir şəraitdə bu sahədə problemləri həll etmək həddən artıq mürəkkəbdir". Xəzəryanı dövlərlərdən bəziləri Xəzərin dəniz akvatoriyasının sərhədlərə ayrılması haqqında hələ sovet-İran müqavilələrindəki qaydaları, digərləri isə öz daxili hüquq qaydalarını rəhbər tuturlar.
Xəzəryanı dövlətlərin hökumətlərarası iqtisadi konfransının işində Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın rəsmi nümayəndə heyətləri iştirak edir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət