“Qazprom”un başçısı Aleksey Miller bəyan edib ki, “Şimal axını” tikiləcək və 2011-ci ildə işə düşəcək.
"İndi “Şimal axını” qaz kəməri üzrə zəruri tədqiqatlar keçirilir və razılıqlar əldə edilib, boruların istehsalına başlanılıb”,- deyə A. Miller bildirib. Onun sözlərinə görə, "ekoloji aspektlər qaz kəmərinin işə salınma müddətinə təsir göstərməyəcək. O, planlaşdırıldığı kimi 2011-ci ildə işə salınacaq. Belə ki, “Şimal axını” dünyada ən müasir dəniz qaz kəməridir”. Bundan əlavə, “Qazprom”un başçısı əmin edib ki, “Cənub axını” qaz kəmərinin tikintisi üzrə müqavilələrinin icra olunma müddəti də “yerinə yetiriləcək”. Onun sözlərinə görə, bu qaz kəmərinin texniki-iqtisadi əsaslandırması hazırlanır. Qaz kəmərinin dəniz hissəsi Qara dənizdən keçəcək.Onun maksimal dərinliyi təxminən 2 kilometrdir, istehsal gücü ildə 30 mlrd. kubmetrdən çox qaz təşkil edir. "Bununla da biz Avropanın bu regionunda qaza artan tələbatı tam ödəyə biləcəyik”,- deyə o bildirib.
"Rusiya ilə Bolqarıstan, Macarıstan və Yunanıstan arasında imzalanmış hökumətlərarası sazişlər qüvvəyə minib. İş hökumətlərarası sazişlərdə müəyyən edilmiş plan və müddət üzrə gedir. Öhdəliklər yerinə yetiriləcək”,- deyə A. Miller əmin edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət