Rusiya Federasiyasının prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinə və Gürcüstan vətəndaşlarına Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümü münasibəti ilə təbrik göndərib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti çərşənbə axşamı məlumat verib.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevə təbrikdə vurğulanır: "Böyük Vətən Müharibəsinin cəbhəsində möhkəmlənən dostluq, qarşılıqlı yardım və etimad ənənələri bundan sonra da Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq münasibətlərinin gələcəkdə inkişafı üçün güclü əsas kimi xidmət edəcək. 1941-1945-ci illərdə bizim xalqlarımızın payına ağır sınaq düşüb, onlar bundan şərəflə çıxıblar. Onların igidliyi həmişəlik yaddaşımızda qalacaq - cəsarətin və fədakar vətənpərvərliyin ləyaqətli nümunəsi. Azadlıq və müstəqilliyi qəhrəmancasına müdafiə edərək, onlar dünyanın faşist əsarətindən qurtulmasına həlledici töhfə veriblər”.
Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanı təbrik edərək, Rusiya prezidenti əmin olduğunu ifadə edib ki: “Rusiya və Ermənistan vətəndaşları, MDB-nin bütün iştirakçı-dövlətləri hər zaman Vətənin azadlığını müdafiə edən cəbhəçilərin və arxa cəbhədə olan zəhmətkeşlərin hərbi fədakarlıqlarını ehtiramla anacaqlar. Onlar Avropanın və dünyanın faşizmdən qurtulması üçün mübarizəyə həlledici töhfə veriblər. Dostluq və qarşılıqlı etimadın köhnə ənənələri, sıx qardaşlıq əlaqələri, veteranlara dərin hörmət Rusiya-Ermənistan münasibətlərinin ittifaq və tərəfdaşlıq xarakterini müəyyən edir. İndiki nəsil effektiv dövlətlərarası qarşılıqlı təsirin möhkəmləndirilməsinə layiqli töhfə gətirir”. Müraciətdə həmçinin, Zaqafqaziya regionunda təhlükəsizlik və sabitliyin təmin olunması naminə əməkdaşlığın gələcəkdə irəliləyən inkişafına köklənildiyi qeyd olunur.
Rusiya prezidenti Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrikində qeyd edir: “Biz həmişəlik Böyük Vətən Müharibəsi qəhrəmanları qarşısında ödənilməz borclu qalacağıq. Son dərəcə cəsarətlə, vətənpərvərlik və fədakarlıqla onlar ürəklərimizdə əbədi yaddaşa layiqdilər. Qələbə yalnız silah gücü ilə deyil, həm də xalqların iradəsinin birliyi ilə, çiyin-çiyinə onların qətiyyətlə azadlıq və Vətənin müstəqilliyi uğrunda vuruşmaqla qazanılıb. Əminəm ki, dostluq, mehribanlıq və qarşılıqlı yardımın dərin ənənələri, MDB məkanında sıx inteqrasiya əlaqələrinin inkişafına yönəlmə bundan sonra da Rusiya-Belarusiya ittifaq münasibətlərinin möhkəmlənməsinə, demokratik prinsiplər əsasında sosial-iqtisadi məsələlərin effektiv həllinə, insanın azadlıqları və hüquqlarının təminatına xidmət edəcək.
Rusiya prezidenti Gürcüstan vətəndaşlarına müraciətində vurğulayıb: “Böyük Vətən Müharibəsinin bitməsindən nə qədər vaxt keçməyindən asılı olmayaraq, 9 may tarixi həmişəlik Rusiya və Gürcüstan xalqları üçün ümumi qürur və xatirə günü kimi qalacaq. Hitler işğalçıları ilə çiyin-çiyinə vuruşaraq, bizim ata və babalarımız gələcək nəsillər üçün azadlıq və sülh qazanıblar. Biz hər zaman qaliblərin igidliyini ehtiramla anacağıq, müharibə haqqında həqiqəti müdafiə edəcəyik, tarixi təhrif etmək və ya təzədən yazmaq cəhdlərinin qətiyyətlə qarşısını alacağıq. Müharibənin çox ağır illərində nümayiş edilən misilsiz qəhrəmanlıq bundan sonra gənc nəsillər üçün əxlaqi istiqamət kimi xidmət edəcək, Rusiya-Gürcüstan dostluq və mehriban qonşuluq ənənələrinin qorunması və artırılmasının güclü əsası olacaq”.
“Bu müqəddəs Qələbə Günündə Böyük Vətən Müharibəsi veteranlarına dərin minnətdarlıq bildirirəm, onlara sağlamlıq və uzun ömür, bütün Gürcüstan xalqına isə sülh və rifah arzu etmək istəyirəm”, - deyə müraciətdə bildirilir.
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin adına təbrik müraciətində bildirilir: “Faşizmi məhv edən və və müstəqillik, azadlığı müdafiə edən xalqlarımızın igidliyi - Rusiya və Qazaxıstanın, MDB-nin bütün ölkələrinin ümumi tarixinin ən parlaq səhifələrindən biridir. Bu müqəddəs gündə biz xilaskar döyüşçülər və arxa cəbhədə çalışan zəhmətkeşlərin qarşısında baş əyirik, onların ən yüksək vətənpərvərlik və yenilməz iradələrinə hörmətlə yanaşırıq. Bizim ümumi borcumuz - Qələbə qazanmağın necə başa gəldiyini xatırlamaq, yeni nəsillərdə onun mirasına qayğı ilə yanaşmağı öyrətməkdir”.
V.Putin həmçinin əmin olduğunu ifadə edib ki, “şərəfli tarixi ənənələrin qorunması bundan sonra da Avrasiya məkanında sabitlik və təhlükəsizlik naminə, ölkələrimizin xalqlarının xeyrinə Rusiya-Qazaxstan münasibətlərinin strateji əməkdaşlıq və müttəfiqliyin gələcəkdə möhkəmlənməsi üçün əsas olacaq”.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrikdə qeyd edilib ki, “hərbi illərin sınaqları ilə möhkəmlənən Rusiya-Qırğızıstan dostluğu bundan sonra da ölkələrimiz arasında əməkdaşlıq və tərəfdaşlıq manasibətlərinin gələcəkdə inkişafı üçün etibarlı əsas kimi xidmət edəcək. Bu münasibətlər Avrasiya məkanında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), MDB və digər inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqənin möhkəmlənməsinə xidmət edəcək”.
V.Putin Moldova Respublikasının prezidenti Nikolay Timoftini Qələbə Günü münasibətilə təbrik edib. “Əminəm ki, ağır hərbi illərdə xalqlar arasında möhkəmlənən dostluq bundan sonra da həm ikitərəfli formatda, həm də MDB çərçivəsində Rusiya-Moldova əməkdaşlığının möhkəm əsası kimi xidmət edəcək”, - deyə Rusiya prezidentinin müraciətində bildirilir.
Bayram münasibətilə Tacikistan Respublikasının prezidenti Emomali Rahmonu təbrik edərək, Rusiya prezidenti bəyan edib: “Moskva üçün döyüşən, Stalinqradda və Kursk qövsündə vuruşan, Avropanı azad və Berlinə hücum edən qəhrəmanların cəsarət və fədakarlıqları haqqında xatirə - Rusiya və Tacikistan arasında ittifaq münasibətlərinin gələcəkdə möhkəmlənməsinə ilhamlandırır. Ümid edirəm ki, MDB və digər çoxtərəfli birləiklər çərçivəsində əldə olunan razılıqların reallaşdırılması regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına imkan yaradacaq”.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova təbrikdə Rusiya prezidenti diqqəti xüsusilə indiki nəsillərin borcunun - qorxunc müharibədə həlak olanların parlaq xatirəsinin ehtiramla yad edilməsi olduğuna yönəldib. Qeyd edilib ki, Rusiya-Türkmənistan dostluq ənənələrinin ardıcıl möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etmək lazımdır. Bununla yanaşı, vurğulanır ki, “ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələrin gələcəkdə genişləndirilməsi bizim birgə istiqamətimiz bu məqsədin nail olmasına, beynəlxalq arenada konstruktiv qarşılıqlı təsirin artırılmasına imkan yaradır”.
Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun təbrik müraciətində V.Putin birgə tarixə hörmət, əməkdaşlığın gələcəkdə dərinləşməsinə qarşılıqlı yönəlmə bundan sonra da Rusiya və Özbəkistanın müttəfiqlik və strateji əməkdaşlığın bərkidilməsi yolunda irəli hərəkəti üçün etibarlı əsas kimi xidmət edəcəyinə əmin olduğunu ifadə edib. “Rusiya və Özbəkistan, MDB ölkələri üçün bu xüsusi tarixi qeyd edərək, biz xalqlarımız üçün sülh və azadlığı qoruyan böyük nəsillərin misilsiz qəhrəmanlıq, cəsarət və dözümlülüklərinə qürur hissi ilə yanaşırıq. Biz hər zaman müharibə meydanlarında həyatlarını qurban verənlərin xatirəsini anacağıq, əziz veteranlarımıza - cəbhəçilərə və arxa cəbhədə fədakar zəhmətkeşlərə dərin minnətdarlıqla, ehtiramla yanaşacağıq”, - deyə V.Putin bəyan edib.
Ukrayna prezidenti Viktor Yanukoviçə təbrikdə Rusiya prezidenti qeyd edib: "Bu işıqlı bayram günündə biz bütün dünyanı nasizmdən xilas edən ata və babalara dərin hörmət ifadə edirik. Müharibənin saysız qurbanlarının ümumi kədəri, Qələbə Gününü yaxınlaşdıran cəbhəçilərin və arxa cəbhədə çalışan zəhmətkeşlərinin tarixi igidliyi üçün qürur hissi bizi birləşdirir. Əminəm ki, Böyük Vətən Müharibəsi zamanı cəbhələrdə möhkəmlənən Rusiya-Ukrayna dostluğu bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq və strateji əməkdaşlığın gələcəkdə bərkidilməsi üçün möhkəm əsas kimi xidmət edərək, hazırki və gələcək nəsillər üçün nümunə olacaq”.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət