“İnterfaks –Azərbaycan” agentliyinin “Qadınlar Nüvə sahəsində” Ümumdünya Assosiasiyasının (“Women in nuclear”) rəsmi nümayəndəsi, MAQATE-nin “Avropa ölkələrində mədəni irsin saxlanılmasında və xarakteristikasında nüvə texnologiyalarının tətbiqi” və “Mədəni irs artefaktlarının mühafizəsi və təhlükəsizliyi, tədqiqatlarının yaxşılaşdırılması” regional layihələrinin koordinatoru, AMEA Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, yüksək enerjilər kimyası sahəsində fəlsəfə doktoru Dinara Abbasova ilə müsahibəsi.
-Dinara xanım, MAQATE-nin mədəni irsin öyrənilməsində nüvə texnologiyalarının tətbiqi layihəsində iştirak bizə nə verdi?
- Son dörd il ərzində Azərbaycan alimləri tərəfindən mədəni irsin araşdırılmasında böyük irəliləyişlər əldə edilib. Nüvə texnologiyalarının mədəni irsin araşdırılmasında tətbiq edilməsi sahəsində MAQATE ilə əməkdaşlığımızın bunda böyük rolu olub.Qeyd etmək istəyirəm ki, mədəni irsə aid memarlıq abidələrinin nüvə texnologiyalarının köməyi ilə araşdırılması bu gün ən ziyansız, ən ekspressiv və səmərəli üsul sayılır. Və mədəni irsimizi bütöv şəkildə qorumaq bizim əsas vəzifəmizdir.Biz MAQATE-nin “Avropa ölkələrində mədəni irsin saxlanılmasında və xarakteristikasında nüvə texnologiyalarının tətbiqi” regional layihəsi çərçivəsində Fransa, Xorvatiya, Rumıniya, Türkiyə, Albaniya və Ukraynadakı təşkilatlarla sıx əlaqələr yaratmışıq. Biz həmçinin “Luvr” muzeyinin “Tədqiqatlar və Restavrasiya Mərkəzi” ilə birgə elmi araşdırmalıar aparmaq barədə danışıqlar aparmışıq. Azərbaycanlı tarixçilər və arxeoloqlar MAQATE ekspertləri ilə Vyana və Varşavada beynəlxalq görüşlərdə iştirak ediblər və biz nüvə texnologiyalarının tətbiqinə ehtiyac olduğuna ytam əmin olmuşuq.
- Nüvə texnologiyalarının tətbiqi vasitəsi ilə neçə mədəni abidəmiz üzərində araşdırma aparılıb?
- Son dörd il ərzində MAQATE-nin Azərbaycana tövsiyə etdiyi yeni nüvə texnologiyalarının köməyi ilə 200 muzey eksponatını araşdırmışıq. Son illər mədəni irsimiz barəsində indiyəcən məlum olmayan elmi informasiyalar əldə etmişik, eləcə də özünəməxsus məlumat bazası yaratmışıq, məsələn Azərbaycanın müxtəlif tarixi dövrlərində metalın tətbiqi və s.
İlk dəfə olaraq AMEA-nın Milli Tarix Muzeyinin qızıl fondundakı arxeoloji zərgərlik məmulatları analiz edilib və nəticələr tezliklə işıq üzü görəcək kataloqda öz əksini tapıb.
Həmçinin, 350-400 min il yaşı olan Azıx adamının( Azıxantrop) çənə sümüyü element tərkibi üzrə öyrənilib.Bu işlərin nəticələri barədə elmi məqalələr dərc edilib və Avstriya, İspaniya, Polşa, Türkiyə,Rumıniya, Macarıstan, Fransa və İsveçrədə beynəlxalq konfranslarda dünya alimlərinə təqdim edilib.
-Memarlıq abidələrinin öyrənilməsində nüvə texnologiyalarının tətbiqinin üstünlüklərini sadalaya bilərsinizmi?
- Nüvə araşdırmaları metodunun tədqiq edilən nümunələrin bütövlüyünün saxlanılması ilə yanaşı bir sıra vacib cəhətləri də var. Məsələn, bizim р-XRF yəni, portativ rentgen- fluoresent spektrometron cihazının köməyi ilə arxeoloji zərgərlik. bəzək əşyalarının element tərkibinin tədqiqi cəmi 35 saniyə vaxt apardı.Yəni, işlər çox qısa vaxt ərzində yerinə yetirilir. İkincisi, analizləri aparmaq üçün eksponatı ayrıca hissələrə ayırmaq lazım gəlmir ki, kövrək arxeoloji materialların təhlilində eksponatın bütövlüyünün qorunması xüsusilə vacibdir.Üçüncüsü, nüvə metodu öyrənilən obyektin tərkibindəki 25-dən çox elementi müəyyən etməyə imkan verir.
Dördüncüsü, cihazın portativliyi muzey eksponatını yerində, muzeydən çıxarmadan analiz etməyə imkan verir.
- Xarici həmkarlarınız sizin işlərinizə necə yanaşdılar?
- Bizim araşdırmalarımızla bir çox ölkələrin alimləri maraqlanıblar. Arxeoloji nümunələr arasında elə tapıntılar var ki, üzərləri bitum çöküntüləri ilə örtülüb.Qeyd etmək lazımdır ki, təsvir edilmiş rəsmləri tam şəkildə görmək üçün biz əlavə olaraq bəzi analitik metodlardan istifadə etdik, onların köməyi ilə bitumla örtülmüş saxsı nümunəsi zədələnməyib, bitum nüvə analizindən keçirilib.
Neft və bitumların araşdırılması sahəsində təcrübələrimiz nəzərə alınaraq biz bitumun mənşəyini, dəqiq yatağını müəyyən etdik. Bu məlumat vasitəsi ilə həmin tarixi dövrdə iqtisadi əlaqələrin mövcudluğu faktı təsdiqlənib.Həmçinin, bu məlumatlara əsasən, analiz üçün götürülmüş qabın mənşəyi, tarixi yolu barədə məlumat əldə edildi.Bu işlərin nəticələri 2011-ci ilin sentyabrında Polşada keçirilən beynəlxalq konfransda təqdim edilib.
- Siz bu yaxınlarda Avropada növbəti işgüzar görüşdə olmusunuz.Bu barədə nə deyə bilərsiniz?
- Sentyabrın birinci ongünlüyündə Belqradda ( Serbiya) MAQATE-nin “Mədəni irs artefaktlarının mühafizəsi və təhlükəsizliyi, tədqiqatlarının yaxşılaşdırılması” regional layihəsi çərçivəsində Avropa ölkələri ekspertlərinin görüşü keçirildi. Görüşdə layihəyə üzv ölkələrin hesabatları təqdim olundu. Mədəni irs artefaktlarının xarakteristikasının yeni metodları və nüvə texnologiyalarının tətbiqinin gələcək perspektivləri müzakirə edildi.Biz layihənin bundan sonra reallaşdırılma planlarını müzakirə etdik. Ölkəmiz üçün vacib məqamlardan biri də budur ki, 2013-cü ildə MAQATE ekspertlərinin növbəti görüşü, UNESCO nümayəndələrinin və Avropa ölkələri mütəxəssislərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tututlur.Bu heç şübhəsiz ki, ölkəmizdə mədəni irsin öyrənilməsinin inkişafına təkan verəcək.Görüş bir həftə ərzində və ictimaiyyətə açıq şəkildə olacaq. Bu görüşdə 2008-ci ildən başlayaraq gördüyümüz işlər barədə hesabat verəcəyik. Bu da maraqlıdır ki, bizim həmkarlarımızın, müxtəlif idarə institut və muzeyləri təmsil edən mütəxəssislərin iştirakı mütləqdir.
-Azərbaycanın maddi- mədəni irs nümunələrinin nüvə texnologiyaları vasitəsi ilə öyrənilməsinə dair gəkləcək planlarınız nələrdir?
- Biz gələcəkdə də yeni texnologiya və metodları öyrənəcəyik, həmkarlarımızın təcrübələrindən faydalanacağıq, və elm aləmində öz təcrübələrimizi bölüşəcəyik.Bizim əsas məqsədlərimizdən biri nüvə texnologiyaları vasitəsi ilə Dağlıq Qarabağa aid artefaktların əmələ gəlməsi və mənşəyi barədə faktları müəyyən etməkdir. Bu ərazilərin Azərbaycana aid olması barədə danılmaz dəlillər əldə etməyə kömək edəcək.Mən bu barədə hələ ki, ətraflı məlumat verə bilmərəm.Tarixi dəyişmək olmaz- onu yalnız öyrənmək və qorumaq lazımdır.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət