Rusiya və Kubanın ticari iqtisadi əlaqələrində müsbət dinamika müşahidə olunur, iki ölkə arasında bu sahədə qədim və dərin əlaqələr mövcuddur.RF-nin sənaye və ticarət naziri Denis Manturov jurnalistlərə belə bildirib.
“Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 220 mln. dollar təşkil edib”,- deyən nazır əlavə edib ki, bu il bu göstərici 17% artıb.
Nazirin fikrincə, “bu son hədd deyil”.Bununla yanaşı, həm Kuba , həm də Rusiyada yeni məhsulların yaranmasına və əlaqələrin əlavə dinamikasına əsas verəcək birgə layihələrə xüsusi diqqət vermək lazımdır. Eyni zamanda Rusiya -Kuba ticarət- iqtisadi və elmi- texniki əməkdaşlıq üzrə hökumətlər arası komissiyanın həmsədri postunu tutan D.Manturov bildirib ki, bazar ertəsi Havanada komissiyanın 10-cu plenar iclası keçiriləcək. İclasın yekunlarının iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə təsir göstərəcəyi gözlənilir.
Sənaye və ticarət naziri noyabrın 4-də regionda ən böyük işgüzar forum sayılan 30-cu Beynəlxalq yarmarkada iştirak edib.Hökumətlərarası komissiyanın kubalı həmsədri, Kuba nazirlər kabineti rəhbərinin müavini Rikardo Kabrisas və D.Manturov azadlıq adasındakı bir sıra müəssisələrin nailiyyətləri ilə və ayrıca pavilyonda yerləşdirilmiş Rusiyaya məxsus ekspozisiya ilə tanış olublar.
Daha sonra nazir Kubanın aparıcı elmi istehsalat birliyi olan və ölkə hüdudlarından uzaqlarda da yaxşı tanınan Molekulyar İmmunologiya Mərkəzində də olub.Rusiyalı nazir mərkəzin əməkdaşlarının unikal nailiyyətlərinə böyük maraq göstərərək havana ilə yüksək texnologiyalar sahəsində qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət