Keçən həftə baş vermiş dağıdıcı “Sendi”qasırğasından daha çox zərər çəkən Nyu-York ştatının qubernatoru Endryu Kuomo çərşənbə axşamı başlayan seçkilərdə ştat sakinlərinin istənilən ən yaxın seçki dairəsində səs vermələrinə imkan yaradan xüsusi sərəncam hazırlayıb. Bu barədə yerli KİV-lər məlumat verir.
Bu ştatın bir sıra rayonlarında elektrik təçhizatının təmin edilməməsi, səsvermə məntəqələrinin təşkil olunacağı bəzi binaların dağılması ilə əlaqədardır.
Nyu-York şəhərinin sakinlərinə seçkilərə getmədən öncə siyahıya alındıqları seçki dairəsinin seşkiyə hazır olub –olmadığını internet vasitəsi ilə öyrənmələri tövsiyə olunur.
Əgər səsvermə məntəqələri tələb olunan səviyyədə deyilsə, seçicilərə səs vermək üçün başqa yerlər təklif ediləcək.
Bununla yanaşı, meteoroloji xidmət Nyu –York seçkilərindən bir gün sonra “Nosister” fırtınasının olacağını xəbər verib. Fırtınanın “Sendi”dən zəif olacağı, lakin yeni daşğınlara səbəb olacağı, elektrik xətləri və ağacları qıracağı gözlənilir.
İctimai rəy sorğusuna əsasən, prezident seçkiləri uğrunda mübarizədə ABŞ-ın fəaliyyətdə olan prezidenti Barak Obama liderlik edir. Qasırğanın aradan qaldırılması üçün göstərdiyi aktiv fəaliyyət onun seçkiqabağı reytinqini artırıb.
Qasırğadan zərər çəkmiş Nyu -Cersi şatatının qubernatoru Kris Kristi də ölkə üçün belə çətin anda prezidentin işinə müsbət qiymət verməli olub.O B.Obamanın rəqibi respublikaçı Mitt Romninin tərəfdarıdır
Ştatların əksəriyyəti tarixən eyni partiyanı dəstəkləyirlər, bu seçkilərdə də namizədlər eyni dəstəyin saxlanılacağına ümid edirlər.
Lakin prezident seçkilərinin gedişi həm respublikaçıları, həm də demokratları dəstəkləyən ştatlarda müəyyən olunacaq.Belə ştatlar mübarizənin gərgin keçdiyi “döyüş meydanlarıdır”.
2012-ci il seçkilərinə qədər kimə tərəf olduğu müəyyən edilməmiş ştatlarda səsvermənin necə nəticə verəcəyi hələ ki, aydın deyil. Hər iki namizədin demək olar ki, şansları eynidir. Beləliklə, seçkilərin nəticıələri ölkə əhalisinin hamısı tərəfindən deyil, bu ştatlarda yaşayan və əhalinin üçdə birini təşkil edən amerikalılardan asılı olcaq.
Hamının diqqəti məhz bu ştatlarda səsvermənin nəticələrinə yönəlib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət