Cümə axşamı Bakıda Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatı rəhbərliyi ilə MDB-nin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının XXXIV Sessiyası işə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Sessiyanın gündəliyinə topoqrafiya, geodeziya, qravimetriya, fotoqrametriya, kartoqrafiya işlərinin yerinə yetirilməsi zamanı vahid texnologiyaların tətbiqi və istifadəsi, razılaşdırılmış yüksəklik və koordinat sistemlərinin istifadəsi, xəritə tərtibatı işlərində vahid şərti işarələrin və digər atributların tətbiqi, dövlət sərhədlərinin delimitasiyası, demarkasiyası və redemarkasiyası zamanı birgə texnologiya və üsulların hazırlanması və tətbiqi, coğrafi adların xəritə və atlaslarda düzgün əks etdirilməsi və qonşu ölkələr tərəfindən müvafiq qaydalar əsasında istifadəsi məsələləri daxildir.
Sessiya iştirakçıları həmçinin xəritə və atlaslarda coğrafi adların düzgün əks etdirilməsi və onların qonşu dövlətlər tərəfindən istifadəsi, hazır kartoqrafiya informasiyası və materialları mübadiləsi, bu sahədə vahid standartın hazırlanması, qravimetrik şəbəkələrin yaradılması və digər məsələləri müzakirə edəcəklər.
Sessiyada Azərbaycan, Belarus, Ukrayna, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan və Tacikistanın geodeziya, kartoqrafiya və kadastr sahəsi üzrə mərkəzi idarəetmə orqanlarının rəhbərləri və mütəxəssisləri iştirak edirlər.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərlə söhbətdə qeyd edib ki, sessiyanın gündəliyinə daxil edilən məsələlər Azərbaycan üçün böyük məna kəsb edir.
“Coğrafi adların düzgün əks etdirilməsi məsələsinə toxunaraq, məlumdur ki, Azərbaycanın 20% ərazisi Ermənistanın işğalı altındadır. Buna baxmayaraq, erməni tərəfi saxtalaşdırma siyasətini davam etdirir, işğal olunan torpaqlarda toponim və coğrafi adları (çayların, göllərin, təpələrin, kənd və qəsəbələrin) dəyişir. Bu yolverilməzdir”, - deyə Q.Məmmədov qeyd edib.
Komitə rəhbəri vurğulayıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, 1500 xəritə daxil olacaq Azərbaycanın milli atlasının hazırlanması üzrə iş aparılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət