“İnterfaks-Azərbaycan” agentliyinin İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pak Ayin ilə müsahibəsi.
- Cənab səfir, Azərbaycan-İran münasibətlərinin hazırki vəziyyətini neçə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikası İranın şimal-qərbində və Qafqazın strateji mövqeyində yerləşir. Ölkələrimiz arasında mövcud olan ümumi dəyərlər, həmçinin tarixi, dini, mədəni və etnik əlaqələr nəzərə alınaraq Azərbaycan xalqı İran xalqı üçün böyük məna kəsb edir. Ölkələr siyasi sahədə məşvərət şurası (XİN arası – İF-Az) yaradıblar. Altı aydan bir xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşlər keçirilir. Beləliklə, ölkələr onları maraqlandıran məsələləri müzakirə edirlər. Həmçinin, Azərbaycan, İran və Türkiyə XİN başçılarının müntəzəm görüşləri keçirilir.
İki ölkə arasında mədəniyyət sahəsində münasibətlər inkişaf edir. Qeyd etmək istərdim ki, ötən il İranda Azərbaycan mədəniyyəti həftəsi və Azərbaycanda İran mədəniyyəti həftəsi keçirilib. Tədbirlərdə iki ölkənin mədəniyyət nazirləri iştirak ediblər. Birgə nailiyyətlərimizdən biri – Novruz bayramının beynəlxalq irs kimi tanınması üçün UNESCO-ya birgə müraciətdir.
- Fəaliyyətinizdə hansı əməkdaşlıq istiqamətlərini prioritet hesab edirsiniz?
- Ölkələr üçün ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlıq böyük məna kəsb edir. İranın səfiri postunda fəaliyyət müddəti ərzində ölkələr arasında iqtisadi münasibətlərin daha artıq inkişafına səy göstərəcəyəm.
- Mövcud olan iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, iqtisadiyyatın hansı istiqamətində əməkdaşlığı dərinləşdirmək olar?
- Ölkələr arasında iqtisadi münasibətləri yaxşı kimi qiymətləndirmək olar. Lakin, ölkələrimiz arasında çox böyük əməkdaşlıq potensialının mövcud olduğunu nəzər alsaq, təbii ki, iqtisadi münasibətlərin səviyyəsi qənaətbəxş ola bilməz və daha çox inkişafa ehtiyac duyulur.
Məlumdur ki, nəqliyyat sahəsi iqtisadiyyatın əsas istiqamətidir. Avropa və Asiya arasında körpü nöqteyi-nəzərindən həm tranzit daşınmalar, həm də ölkələrimizdə istehsal olunan malların digər dövlətlərə tədarükü üçün İran və Azərbaycanın əraziləri vacib hesab edilə bilər. Qəzvin-Reşt-Astara dəmir yolunun tikintisi vacib beynəlxalq layihədir və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi kimi malların nəqlini sürətləndirəcək.
Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi təxminən $500 mln. təşkil edib. Bu dövlət səviyyəsində qarşılıqlı ticarətin rəqəmləridir. Bundan başqa, böyük potensiala malik olan özəl sektor mövcuddur. Bu gün biz qarşılıqlı ticarət dövriyyəsini $1 mlrd. səviyyəsinə çatdırmağa çalışırıq. Bir daha qeyd edirəm ki, mövcud potensial plankanı milyardlıq səviyyəyə qaldırmağa imkan yaradır.
Bu gün Azərbaycan qazı İran ərazisindən Naxşıvana nəql edilir. İran ərazisi iqtisadi nöqteyi-nəzərindən ən təhlükəsiz, yaxın və sərfəli tranzit yoludur. Regionun bütün ölkələri həmin tranzit yoldan daha artıq istifadə edə bilər.
Malların tranziti üçün avtomobil maqistralları, dəmir yolları və İranın dəniz yolları istifadə edilir.
Ölkələr arasında ən böyük əməkdaşlıq ticarət və energetika sahəsindədir.
- Qəzvin-Reşt-Astara dəmir yolunun tikintisi haqqında nə deyə bilərsiniz? Layihənin nə zaman tam başa çatması və istifadəyə verilməsi planlaşdırılır?
- Bu günə layihənin 75%-i artıq başa çatıb. Dəmir yolunun gələn il ərzində istifadəyə verilməsi planlaşdırılır. Bu yol Qəzvindən Xəzryanı region ölkələrinə və Şərqi Avropaya yük və sərnişin daşımalarının ən etibarlısı hesab edilir. Dəmir yolunun tikintisi üçün İranın 4 şirkəti cəlb edilib. Marşrut boyu 82 körpü, ümumi uzunluğu 22 kilometr təşkil edən 53 tunel tikilib.
- Yaxın zamanda hökümətlərarası iqtisadi komissiyanın iclası keçiriləcəkmi və harada olacaq?
- Ölkələr arasında mövcud olan birgə iqtisadi komissiya bu sahədə münasibətləri leqallaşdırır və inkişaf etməsinə imkan yaradır. Komissiyanın növbəti beşinci iclasını Bakıda keçirmək planlaşdırılır. Hazırda azərbaycanlı qardaşlarımızla bu istiqamətdə danışıqlar aparılır.
- Xəzər dənizinin statusunun müəyyən edilməsinə dair danışıqlar hansı səviyyədədir? Növbəti iclasların yaxın zamanda keçirilməsi nəzərdə tutulurmu və onları hansı səviyyədə keçirmək planlaşdırılır?
- Xəzər dənizinin statusunun müəyyən edilməsinə dair danışıqlar müxtəlif səviyyələrdə aparılır. O cümlədən, Xəzər dənizinin statusuna dair Konvensiyanın ilkin variantı üzərində çalışan işçi qrup yaradılıb. Beləliklə, Xəzər hövzəsi ölkələrinin hüquqları işçi qrup səviyyəsində öyrənilir. Təkrar edirəm ki, bu ilkin variantdır, sonuncu deyil.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət