Rusiya prezidenti Vladimir Putinin imzaladığı və amerikalıların rusiyalı uşaqları övladlığa götürməsini qadağan edən “Antimaqnitski qanunu” məhz uşaqlara zərbvə vuracaq. ABŞ dövlət departamentinin rəsmisi Patrik Ventrell belə bəyan edib.
“Biz dəfələrl tamamilə aydın şəkildə bəyan etmişik ki, əgər Putin parlamentin qanun layihəsini imzalasa, bu ABŞ və Rusiya arasında dövlətlərarası övladlığa götürmə barədə razılaşmanı ləğv edəcək”,- deyə diplomat qeyd edib.
Onun fikrincə, “Dima Yakovlev” qanunu qeyri -iradi şəkildə Vaşinqton və Moskvanın siyasi oyunlarınaalət edilmiş günahsız uşaqların əziyyət çəkməsinə gətirib çıxaracaq
P.Ventrell deyib: “1992-ci ildən amerikalı ailələr 60 mindən çox rus uşağını övladlığa göptürüblər, siyasətlə heç bir əlaqəsi olmayan uşaq talelərini siyasi hesablara qarışdırmaq doğru deyil”.
. “Uşaqların rifahı daha vacibdir, onu bizim siyasi münasibətlərimizin aspektləri ilə eyniləşdirmək olmaz”,- deyə dövlət departamentinin nümayəndəsi bildirb.
Cümə axşamı Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun yurnalistlərə bildirdiyi kimi, Qanun Federasiya Şurasından administrasiyaya bu gün sabah daxil olub”.
“O öyrənilir”,-deyə S.İvanov qeyd edib.
Daha əvvəl Dövlət Duması və Federasiya Şurası rusiyalı uşaqların ABŞ vətəndaşlari tərəfindən övladliğa götürülməsini və ABŞ maliyyəsi ilə qeyri -kommersiya təşkilatlarının Rusiyada işləməsini qadağan edən “Antimaqnitski qanununu” (və ya Dima Yakovlev qanunu) bəyənmişdi.
RF prezidentinin qanunu imzalayacağı təqdirdə qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.Daha əvvəıl RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, dövlət başçısına qərar vermək üçün qanunla iki həftə vaxt verilir.
Rusiyanın bu qanun layihəsi ABŞ-ın qəbul etdiyi “Maqnitski aktı”na cavab olaraq hazırlanıb. “Maqnitski aktında 2009-cu ildə Moskvada istintaq təcridxanasında ölən Sergey Maqnitskinin ölümündə günahkar sayılan rus çinovniklərinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət