“İnterfaks -Azərbaycan” agentliyinin Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovla müsahibəsi
-Ermənilər tərəfindən mədəni irs nümunələrinin mənimsənməsinin mahiyyəti nədir? Axı gec-tez Azərbaycan dəfələrlə olduğu kimi, sübut edəcək ki, mənimsəmək istədikləri o nümunələrinonlara heç bir aidiyyatı yoxdur.
-Məsələ bundadır ki, ermənilərin bizim dastan bayataı, nağıl və digər epik əsərlərimizi, musiqimizi, mətbəximizi və bütün digər intelektual mülkiyyətimizi nə səbəbə mənimsədiklərini anlamaq üçün bu oğurluğun mənşəyini, necə yarandığını təsəsvvürə gətirmək lazımdır. Soruşursunuz ki, bunun mahiyyəti nədən ibarətdir? Bu ona görə baş verir ki, ermənilər özlərinin “böyük erməni mədəniyyətlərini” yaradırlar.Bu böyük erməni mədəniyyəti anlayışı “böyük Ermənistan” əsatiri ilə sıx bağlıdır.Yəni torpaqlarımıza qarşı ərazi iddiaları faktlarla isbat edilməlidir. Bu ərazidəki maddi və qeyri- maddi mədəni irs dəlil olaraq bu məqsədlərə xidmət edir. Buna görə də onlar bu maddi mədəni irsi mənimsəməklə məşğuldurlar. 200 ildən artıq bu davam edir.
-Necə düşünürsünüz, Erməni təbliqat və təşviqatının bu cür addımlarının qarşısını alamaq üçün nə etmək olar?
-Beynəlxalq mexanizmlər lazımdır.Azərbaycan belə mexanizmləri yaratmaq istəyən çox az sayda ölkələrdən biridir.Biz özümüzdə belə mexanizm yaratmışıq və milli bilgilərimizi folklorumuzu qoruyub saxlayırıq, bu milli mətbəximizə də aiddir. Lakin əqli mülkiyyətin hər tərəfli mühafizəsi yerli xarakter daşıyır. Beynəlxalq konvensiyalardan kənar qlobal mühafizə mümkün deyil.Ümumdünya İntelektual Mülkiyyət təşkilatı 12 ildir bu konvensiyaların mətnini hazırlmağa cəhd göstərir və biz bu işi dəstəkləyən az sayda Avropa ölkələrindən biriyik. Afrikanın bir neçə ölkəsi, bir sıra Asiya ölkələri , yəni zəngin tarixi irsə malik ölkələr bunu dəstəkləyir. Bununla əlaqədar bu il bu mətnlərin qəbul ediləcəyi diplomatik konfrans təşkil edilməlidir.
-Azərbaycan bu konfransda iştirak edəcəkmi?
-Təbii ki, tədbirin beynəlxalq mühafizəni təmin etməsi baxımından Azərbaycan bu tədbirə qoşulacaq.İndiki mühafizəyə gəlincə, bizim ərazidə qeyri -maddi mədəni irs şəklində ifadə olunan əqli mülkiyyət obyektlərinin passiv və aktiv mühafizəsi haqqında Azərbaycan hökumətinin qərarı hazırlanır.
-Passiv və aktiv mühafizəyə nə daxildir?
-Passiv mühafizə - onlar üçün pasportaların hazırlanması, onların nömrələnməsi,onların əsrlər boyu saxlanması üçün uyğun təsvirlərinin yaradılması daxildir.Aktiv mühafizə əgli mülkiyyət statusunun verilməsi deməkdir. Bu həmin obyektlərin müəllif hüququ obyekti kimi qorunması, onlar üçün patentin verilməsi deməkdir.Bu yaxınlarda təsdiqlənəcək sözügedən qərarda məhz bu məsələlər işıqlandırılacaq.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət