Bazar ertəsi Ermənistanda prezident seçkilərinə start verilib.
Səhər saat 8:00-da bütün ölkə ərazisində 1988 seçki məntəqəsi açıq elan edilib.Səsvermə saat 20:00 –a qədər davam edəcək.
Prezident postu uğrunda hakim Respublika partiyasının lideri, hazırkı prezident Serj Sarkisyan, “Azadlıq” müxalifət partiyasının lideri, keçmiş baş nazir Qrant Baqratyan, Ermənistanın sabiq XİN başçısı “İrs” partiyasının sədri Raffi Ovannisyan, “Miulli Özünüidarəetmə Birliyinin” sədri Paruyr Ayrikyan, qondarma Qarabağ Respublikasının sabiq XİN başçısı Arman Məlikyan, siyasətçi Andrias Qukasyan, tarixçi Vardan Sedrakyan mübarizə aparırlar.
Ermənistanda prezident 5 il müddətinə seçilir.Prezident iki dəfədən artıq dalbadal seçilə bilməz.
Seçkilərdə səs çoxluğu toplamış namizəd qalib sayılır.Seçkilər hər bir halda baş tutmuş sayılır, çünki Ermənistan qanunvericiliyində seçkilərdə iştirak edən seçici həddi şərtləri müəyyən edilməyib.
Ermənistanda seçki qanunvericiliyinə əsasən, yalnız ölkə ərazisindən səs vermək mümkündür Xarici səsvermə məntəqələri mövcud deyil.Yalnız Ermənistan diplomatik missiyasının əməkdaşları üçün 243 elektron səsvermə imkanı təmin edilib.
Seçkiləri ATƏT, AŞPA, Beynəlxalq Seçki sistemləri ekspert mərkəzi, MDB Parlamentlər arası assambleya və Müşahidə missiyası , Avropa Parlamenti və digər beynəlxalq qurumları təmsil edən 632 xarici, 6251 yerli müşahidəçi izləyir. Həmçinin, Ermənistan səfirliyində qeydiyyatdan keçmiş nümayədələr də seçkiləri müşahidə edəcəklər.
Bazar ertəsi Baltic Surveys və The Gallup Organization ekzit- pol keçirəcəklər.
Seçkilərin ilkin nəticələri fevralın 19-u saat 20:00-dək açıqlanacaq.
Seçkilər haqqında yekun və son məlumat MSK tərəfindən səsvermədən sonar yeddi gün ərzində veriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət