“İnterfaks-Azərbaycan” agentliyi “Eurovision-2013” mahnı müsabiqəsinin Ukrayna təmsilçisi Zlata Oqneviçlə müsahibəni oxuculara təqdim edir.
- Bu həftə siz Bakıda oldunuz. Səfərinizin məqsədi barədə danışardınız.
-Mən Azərbaycana Krım nümayəndə heyətinin tərkibində gəlmişəm. İkinci ildir ki, Krım “turizminin simasıyam”. Mən krımlıyam, Sudak şəhərində böyümüşəm və torpağımızın bütün gözəlliklərindən xəbərdaram.
Bu il “Eurovision” mahnı müsabiqəsində Ukraynanı təmsil etdiyimə görə bunu mənim promo-səfərim adlandırmaq olar, çünki səfər çərçivəsində müxtəlif ölkələrin diplomatlarının və yaradıcı insanların qatıldığı rəsmi qəbulda çıxış etdim.
-Dediniz ki, “Eurovision”da Ukraynanı təmsil edəcəksiniz. Bu müsabiqədə iştirak sizin üçün nə deməkdir?
- Bu mənim üçün çox şərəfli və həyəcanvericidir. Bu il Ukrayna mənə səs verdi və müsabiqəyə mən gedəcəm. Düzünü deyim ki, pərəstişkarlarımın səsləri olmadan heç nə alınmazdı. Arxanda fan-klubun dayanması və insanların səni dəstəkləməsi çox vacibdir. Ukraynanın dəstəyini hiss etmək mənim üçün çox xoşdur və ukraynalıları utandırmamaq üçün yüksək səviyyədə çıxış etmək istərdim. İstəyirəm sübut edim ki, mənə əbəs yerə səs verməyiblər, onların ümidlərini boşa çıxarmayım.
“Eurovision”dan çox şey gözləyirəm, böyük təcrübə qazanacam, çoxlu maraqlı tanışlıqlar olacaq. “Eurovision” böyük tarixə malik müsabiqədir, bu, mənim uşaqlıq arzumdur. Keçən il Azərbaycan bu cür müsabiqələrin necə keçirilməli olduğuna dair layiqli nümunə göstərdi. Hələ də bu barədə söhbət gedir. Hesab edirəm ki, növbəti “Eurovision” müsabiqəsini Krımda keçirmək olar. Amma gəlin öncədən danışmayaq, mən işi görüb, sonra onun barəsində danışmağı sevirəm.
-Bəs siz öz şansınızı necə qiymətləndirirsiniz?
- Müsabiqəyə hazırlığın sonuncu ayıdır, komandamızın çox sıx iş qrafiki var. Mənim üçün Bakıya səfər tətildir. Mən burada dincəlirəm, çünki indi işim həddindən artıq çoxdur, konsertlər, məşqlər... Əsas odur ki, həyəcanlanmayasan, bütün iştirakçılara bunu arzulayıram. Pərəstişkarlarım, ölkəmin dəstəyi mənimlədir və düşünürəm ki, belə şərtllər altında yaxşı şansımız var.
-Siz bu müsabiqənin keçirilməsində Azərbaycanın təcrübəsini qeyd etdiniz. Bu, Ukrayanın iştirakı üçün faydalı ola bilərmi?
-Dediyim kimi, mən Bakıya Krım nümayəndə heyətinin tərkibində gəlmişəm, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilib. Sevindirici haldır ki, görüşlərdə Azərbaycan tərəfi bizi dəstəkləməyə hazır olduqlarını, kömək edəcəklərini bildirdi. Əlaqə telefonlarını verdilər, əgər promo-turlar, konsertlər təşkil etmək lazım olarsa, müraciət edə biləcəyimizi qeyd etdilər.
-Vurğuladınız ki, “Eurovision” müsabiqəsi təcrübə toplamaq üçün şansdır. Yəqin ki, artıq şou-biznesdə müəyyən təcrübə toplamısınız?
-Mən uşaqlıqdan musiqi ilə məşğulam. Musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Sonra Kiyevə getdim, valideynlərimin köməyindən, heç bir əlaqədən istifadə etmədən ali məktəbə daxil oldum. Hamı deyirdi: “Belə balaca qız özü təkcə gəlib...”. Sadəcə olaraq mən musiqini çox sevirəm, Kiyev isə paytaxtdır və Ukraynanın mərkəzidir. Orada özünü kiçik şəhərlərdəkindən daha çox göstərmək olar. Kiyevdə gözəl pedaqoqlar var. Mən R.M.Qlier adına Kiyev Musiqi İnstitutunda Tatyana Nikolayevna Russovanın rəhbərliyi altında estrada vokal sinfini bitirmişəm. O, Ukraynanın tanınmış, adlı-sanlı pedaqoqudur. Ukrayna şou-biznesinin, vokalistlərinin yarısı ondan dərs alıb. Daha sonra mən caz vokalı ilə məşğul olmağa başladım. Caz şöbəsinə daxil oldum, lakin şou-biznesə qatıldığım üçün oranı bitirə bilmədim, axı yalnız bir işlə məşğul olmaq lazımdır; ya şou-bizneslə ya da təhsillə.
Artıq üç ildir ki, Ukrayna şou-biznesindəyəm. Səhnəyə “Sevgi adası” mahnısı ilə gəlmişəm. Bu, mənim ilk manhımdır, onu Mişa Nekrasov Lyubov Arapayevanın sözlərinə bəstələyib. Mişa Nekrasov eyni zamanda mənim prodüserimdir, çox istedadlı bəstəkar, aranjemançıdır. O, Ruslananın mahnısını da aranjeman etmişdi. Ruslananın “Eurovision” mahnı müsabiqəsindəki uğurunda onun da payı var. Bu çox xoşdur. O, bu il müsabiqədə oxuyacağım “Gravity” mahnısının müəllifidir. Mahnı ingilis dilindədir. Biz çox düşündük və nəhayət onu ingilids dilində ifa etməyə qərar verdik. Çünki onun yazdığı musiqiyə ingilis dili daha çox uyğun gəlirdi, həm də nəzərə alsaq ki, bu Avropa müsabiqəsidir, mahnının sözlərinin hamı tərəfindən başa düşülməsi üçün ingilis dilini seçdik. Tələffüzüm üzərində də işləmək lazımdır. Necə deyərlər, istəsən, hər işin öhdəsindən gəlmək olar. Monqolların atalar sözü var: “Aşiq olan qurbağa dənizi üzüb keçər”.
-Başqa mövzuya keçək. Ukrayna nümayəndə heyətinin Bakıda sizin də iştirak etdiyiniz görüşlərində Krım və Azərbaycanı birləşdirən ümumi cəhətlər vurğulandı.
-Bəli. Hər şeydən əvvəl Krımda çoxlu azərbaycanlı yaşayır. Həm də onlar orada çoxdan kök salıblar. Bildiyiniz kimi, Krımda krım tatarları çoxluq təşkil edir. Buna görə də krımlılar və azərbaycanlılar bir-birlərini yaxşı başa düşürlər. Milli mətbəxlərdə də oxşarlıq var. Mahnılarımızda da ümumi cizgilər nəzərə çarpır.
-Bura gəlməzdən öncə Azərbaycan barədə nə bilirdiniz, buradan hansı təəssüratlarla gedirsiniz?
- Mən bilirdim ki, Azərbaycan odlar ölkəsidir. Bakıda ilk dəfə oldum. Etiraf edim ki, valeh olmuşam. Bura çox gözəldir. Biz təyyarə ilə gecə gəldik və şəhərin bərq vuran gecə mənzərəsini gördük. İşıqlandırılan evlər, ağ binalar. Hər yer təmiz və gözəldir. Siz yaxşı örnək olursunuz. Mən bilmirdim ki, mehmanxanamız dəniz kənarında yerləşir. Səhər oyanıb pəncərəni açıram və dəniz dalğalanır. Bu, mənim üçün çox xoş sürpriz oldu. Mən yayda Bakıya istirahətə gəlmək istəyirəm. Sizdə dəniz var. Axı istirahət üçün ən əsas amil dəniz havasıdır. Mətbəxiniz də çox gözəldir. Mən ümumiyyətlə şərq mətbəxini sevirəm və sizin mətbəxlə də tanışam. Ədviyyatlar, ət yeməkləri, göyərtilər, dolma. Sizin çox maraqlı bir yeməyiniz var, xırda-xırda, pelmeniyə bənzəyən, “d” hərfi ilə başlayır...
-Düşbərə
-Hə. Düşbərə. Çox dadlıdır. Yeri gəlmişkən, sizin zeytun mürəbbəsini də qeyd edim. Əvvəllər heç vaxt dadmamışdım. Çox dadlıdır.
-Azərbaycan musiqisi ilə tanışsınız?
- Müslüm Maqomayevi tanıyıram. Amma o artıq əfsanədir. Öyünməyə dəyər. Təbii ki, mən “Eurovision” təmsilçilərinizi tanıyıram. Bakıya səfərim zamanı təmsilçinizin klipinin təqdimatı keçirildi. Sıx iş qrafiki səbəbi ilə mən təqdimatda iştirak edə bilmədim, lakin onlardan dəvət almaq çox xoş idi.
Sizin musiqiniz və milli alətləriniz barədə məlumatım var. Zərb alətləriniz çox xoşuma gəlir.
-Zlata, maraqlı müsahibəyə görə təşəkkür edirəm. Qaldı sizə Malmödə uğurlu çıxış arzu etmək.
-Mən də sizə uğurlar arzulayıram. Çünki sizin bu il də çox layiqli təmsilçiniz var.
Hesab edirəm ki, tezliklə onunla tanış olacam, çünki aprelin ortalarında Amsterdamda, sonunda isə Londonda gecələr keçiriləcək. Mayın 6-da isə biz Malmödə olacağıq. Bir-birimizi dəstəkləyəcəyik!
Fərdin İsazadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət