Əvvəlki illərdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qarşı çıxanlar indi onu dəstəkləyirlər. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
“Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilir. Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük. Ancaq biz indi görürük ki, bu layihə də artıq regional müstəvidən çıxıb”, - deyə dövlət başçısı qeyd edib. O deyib ki, biz Bakı-Tbilisi-Qars layihəsini tərəfdaşlarımızla ciddi şəkildə müzakirə etdikdə “Ermənistan niyə bu layihənin üzvü deyildir” sualları ilə üz-üzə qalmışdıq.
“Ermənistan bu layihənin üzvü olmasa, bu layihəyə beynəlxalq dəstək verilməyəcək” məsələləri də ortaya çıxmışdı. Ancaq buna baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərinin birgə iradəsi nəticəsində biz bu layihəni həyata keçiririk, keçirəcəyik. Ermənistan bu layihədən də təcrid edilib. Bu, bizim prinsipial mövqeyimizdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan heç bir regional layihənin iştirakçısı ola bilməz”, - deyə Prezident vurğulayıb və bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi tarixi hadisədir.
İ.Əliyevin sözlərinə görə, layihənin 2013-cü ildə başa çatacağı planlaşdırılsa da, 2014-cü ilə də qala bilər.
“Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur. Əsas işlər bu ilin sonuna qədər görüləcək”, - deyə o bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət