(xalq yazıçısı Anarın 75 illiyinə həsr olunur)
Xalq yazıçısı, rejissor, ssenarist, yaradıcı insan Anarın 75 yaşı tamam oldu!
20 ildən çox bir müdddətdə izlədiyim bu görkəmli söz ustası və zəhmətkeş insan barədə təəssüratlarımı bölüşmək istəyirəm.
Anar Azərbaycanda tanınmış bir nəslin nümayəndəsidir. O, həm Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi, həm də dünya miqyaslı yazıçı və ziyalıdır. Baxmayaraq ki, onun yaradıcılığı başdan sona qədər xəlqidir, saysız-hesabsız tellərlə Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və folkloruna bağlıdır.
Yazıçının yaradıcılığı, idealları, hörməti və populyarlığı çoxdan ölkənin hüdudlarını aşıb. Anar dəfələrlə Azərbaycanı dünyanın ən nüfuzlu zallarında, tələbə auditoriyalarında təmsil edib və Azərbaycan mədəniyyətinin səfiri missiyasını davam etdirir.
Vətənini hədsiz dərəcədə sevən Anara məxsusdur bu sözlər: “Xoşbəxtlik - öz vətənində özün kimi olmaqdır”. Bəli, Anar “özü ola” bildi, yeni quruluşa, yeni cəmiyyətə, yeni əsrə çətin keçid dövründə bu, heç də hər kəsə müyəssər olmayıb.
Anar üçün vətən, şərəf, dostluq kimi anlayışlar sadəcə təmtəraqlı sözlər deyil.
Mən Anarı belə gördüm, onu kənardan müşahidə edəndə və ya görüşəndə hər dəfə belə hiss edirəm.
Anarın tolerantlığı, onun əhalinin həm rusdill,i həm də azərbaycandilli təbəqəsinə bərabər münasibəti çoxlarının, o cümlədən mənim də rəğbətimi qazanıb.
Onun qeyri- adi zəngin mənəvi aləmi! Anarın incəsənətin bir çox sahələrinə aid ensklopedik bilikləri onun nadir şəxsiyyətinin dəyərindən xəbər verir.
Anar təkcə nasir deyil. Poetiklik, lirikaya məhəbbət Anarın daha bir ayrılmaz xüsusiyyətidir. O, nəşr etdirməsə də gözəl şeirlərin müəllifidir. İki böyük şairin oğlu olaraq, belə bir fitri istedadla yəqin ki, poeziyaya vurulmamaq və şeir yazmamaq mümkün deyildir.
Anar uzun illərdir müntəzəm olaraq AzTV kanalında yayımlanan həftəlik “Poeziya” verlişində məqsədyönlü şəkildə Azərbaycan və şərq şairlərinin yaradıcılığını təbliğ edir. Və bunu böyük məhəbbətlə, bütün qəlbi ilə edir. Ölkəmizdə, eləcə də xaricdə milyonlarla insanın sevə-sevə izlədiyi verilişə baxan hər kəs bunu görür.
Anar yazıçı, kinorejissor, ittifaq sədridir - həmişə iş başındadır. Onun həyata keçirdiyi işləri və həyat ritmini müşahidə edərkən adama elə gəlir ki, o, bir dəqiqə də dayanmır, zəkası durmadan çalışır. Hətta öz istirahət vaxtlarını da ədəbiyyat, publisistika üçün istifadə edir və ya xalqın taleyini, onun çoxsaylı problemlərinin həlli yollarını düşünür. Bəs onun kinoda və ədəbiyyatda yaratdığı obrazlar? Onlar həmişə bizimlədir. Anarın “Mosfilm kinostudiyasının mütəxəssislərinin iştirakı ilə çəkilmiş son filmi - “Qırmızı limuzin” bir daha göstərdi ki, yazıçı siyasi quruluşun dəyişməsindən əziyyət çəkən cəmiyyətin dərdinə biganə qala bilmir.
Xalq yazıçı Anarın əsərləri xaricdə, xüsusilə türk dünyasında çox oxunur. Necə öyünməyəsən, Anar 2011-ci ildə “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib.
Mən həyatımın müəyyən mərhələsində dövrümüzün görkəmli nümayəndəsi ilə, böyük qəlbə malik sağlam düşüncəli insanla ilə tanış ola bildiyim üçün xoşbəxtəm. Mən dəfələrlə Anarın həssaslığına, başqalarının dərdinə şərik olmaq qabiliyyətinə, xeyirxahlığına əmin olmuşam. Bu, Anarın yüksək mədəniyyətə sahib olduğunu göstərir.
Anar bu gün çox mürəkkəb bir təşkilata - respublikamızın müxtəlif regionlarından 1500-dən artıq yazıçının üzv olduğu Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edir. Və yalnız Anarın tolerantlığı və səmimiyyəti sayəsində onun qələm yoldaşlarından ibarət bu böyük ailə bir araya gəlir.
Sizə can sağlığı arzulayıram, Anar müəllim! Tanrı sizin alicənablığınızı və gücünüzü tükətməsin, qəlbiniz hər zaman indiki kimi təmiz və açıq olsun.
Şairə, jurnalist Sevinc Heydərova.
Fürsətdən istifadə edərək, “İnterfaks-Azərbaycan” agentliyinin redaksiyası Anarı yubileyi münasibətilə təbrik edir, ona Azərbaycan xalqı və dünya xalqlarının rifahı naminə uzun və məhsuldar yaradıcılıq illəri arzulayır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət