Bakıda ikinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çox şeydən xəbər verir. Azərbaycan dünyada tolerantlığın əsrlər boyu formalaşdığı ölkə kimi tanınır və tolerantlıq xalqımızın səciyyəvi cəhətinə çevrilib. Bunu ölkəmizə gələn, mədəniyyətimiz və adətlərimizlə tanış olan hər kəs qeyd edir. BMT tribunasından multikulturalizm prinsiplərinin gündəlik praktikaya daxil olduğu ölkə kimi Azərbaycanın təcrübəsinin öyrənilməsinə dair dəfələrlə çağırışlar səsləndirilib. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarından biri olmuş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədlidən tolerantlığın formalaşmasının, qorunmasının və yayılmasının dünyada nə üçün aktual mövzuya çevrilməsi (Bakı forumlarının iştirakçılarının sayının ildən-ilə artması buna dəlalət edir) ilə bağlı sualı cavablandırmağı xahiş etdik.
- Əsas məsələdən başlayaq. Nə üçün son zamanlar demək olar ki, bütün dünyada multikulturalizm siyasəti məsələsi aktuallaşıb?
- Son vaxtlar İsveç və digər Avropa ölkələrində baş verən hadisələr bir məsələdən xəbər verir - ziddiyyətlər dövlətlər və etnoslar arasında nifaq salır və bu da bir çox hallarda silahlı münaqişələrə səbəb olur. Lakin çətin ki, özünü tolerant hesab etməyən ölkə, xalq tapılsın. XX əsrin son 25 ili və indiki əsrin əvvəli beynəlxalq münaqişələrin və etnik qruplararası toqquşmaların son dərəcə çoxluğu ilə yadda qalıb. Onların indi və gələcək üçün təhlükəliliyinin qiymətləndirilməsi, fikrimcə, tolerantlıq və multikulturalizm məsələlərinin aktuallığını önə çıxarır. Həm də bildiyiniz kimi, iki il əvvəl üç ölkənin - Böyük Britaniya, Almaniya və Fransa liderləri dəyişikliklərin edilməsinin zəruriliyi kimi müəyyən səbəblər üzündən multikulturalizm siyasətinin iflasa uğradığını bəyan ediblər.
- Lakin bu yaxınlarda Bakıda keçirilən ikinci forumda İlham Əliyev bəyan edib ki, multikulturalizmin alternativi yoxdur. Sizcə, problemə müxtəlif yanaşma nə ilə izah olunur?
- Qərbin multikulturalizm anlayışı fərqlidir. Ötən əsrin 70-ci illərində multikulturalizm siyasəti barədə danışılanda bir cəmiyyət daxilində müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir, inteqrasiya və assimilyasiya olmadan sərbəst mövcud olması başa düşülürdü. Son hadisələr göstərdi ki, bu, tamamilə yanlış yanaşmadır. Bir dövlətin daxilində belə təcrid olunmuş icmaların mövcudluğu müxtəlif münaqişələrə gətirdi və gətirməkdədir ki, bu da müəyyən dərəcədə həmin siyasətin iflasa uğramasından xəbər verir. Bizdə multikulturalizm anlayışı ən müxtəlif təzahürlərə, əsrlər boyu yaranmış etnik formalara malik mədəniyyətin müxtəlifliyini nəzərdə tutur. Azərbaycan mədəniyyəti barədə danışanda oxşar cəhətləri çox olan, müxtəlif xalqların, müxtlif dillərin daşıyıcılarının maddi, mənəvi və etnik mədəniyyəti başa düşülür. Bu, konqlomerat deyil, vahid ərazidə birgə yaşama, eyni inkişaf tempi, birgə keçilmiş müəyyən tarixi yolla əlaqədar ümumi xüsusiyyətlərə malik birlikdir. Bununla yanaşı, dini amil də əhəmiyyətə malikdir: ölkəmizdə yaşayan etnosların əksəriyyəti islam dininə etiqad edir, islam dinində isə millət anlayışı yoxdur, bu da sözsüz ki, o dövrdə mövcud olmuş cəmiyyətlərdə tolerantlığın yaranmasına xidmət edib.
- Bakıda keçirilmiş II Ümumdünya Forumunun iştirakçıları mədəniyyətlərarası, daha dəqiq desək, sivilizasiyalararası dialoqun yaranması üçün hansı tövsiyələri hazırlayıblar?
- İştirak etdiyim panellərin birində (təəssüf ki, bir çox seksiyalar paralel işləyirdi, buna görə də bütün panellərdə iştirak etmək mümkün deyildi) “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəniyyət dəhlizləri – ümumi irs, birgə öhdəliklər və davamlı inkişaf” adlı mövzu müzakirə olunub.
Bir qayda olaraq, münaqişə və ziddiyyətlər qonşu dövlətlər arasında yaranır. Bir ərazidə yaşamaları səbəbindən ümumi maddi və mənəvi mədəniyyətə sahib olan xalqlar çox vaxt qonşularının maddi və qeyri-maddi mədəniyyət obyektlərinə iddia edirlər. Təəssüf ki, bu bizə yaxşı məlumdur. Balkan ölkələri nümayəndələrinin forumda haqqında danışdıqları bu layihənin məqsədi bir mədəni dəhliz çərçivəsində yaşayan insanların bir-birini daha yaxşı tanımasından, ümumi tarixlə daha yaxından tanış olmasından ibarətdir. Çıxış edən ekspertlərin dedikləri kimi, avropalıların bir-birini yaxından tanıması fikri geniş yayılmış yanlışlıqdır və bunu aradan qaldırmaq lazımdır. Deyək ki, Bolqarıstandan Serbiyaya qədər mədəniyyət dəhlizi məkanında əvvəllər bu ölkələrin insanlarının yaşadığı yerlərdə artıq tarixi kəndlər tikilib, məişət, münasibətlər bərpa olunub. Orada milli geyimlər geyinən, ötən əsrlərdəki kimi çalışan, asudə vaxt keçirən real insanlar yaşayırlar. Bir tərəfdən bu, müasir etnoqrafik turizmin əlamətidir, digər tərəfdən isə qonşu ölkələrdən turistlərin gəlməsi onların istirahətinin həm öyrədici xarakter daşımasına, həm də bu gün çox lazım olan tolerantlığın yetişməsinə xidmət etməsinə səbəb olur.
-Sizcə, bu təcürbədən bizdə necə istifadə oluna bilər?
-Bir etnoloq kimi düşünürəm ki, bu, mütləq olmalıdır. “Mədəniyyət dəhlizləri” yalnız Cənubi Qafqaz ölkələri arasında deyil, ölkəmizin daxilində də yaradılmalıdır. Məsələn, əgər Qafqaz Albaniyası mövzusunu götürsək,bu mövzu əksəriyyətinin bərpa edildiyiqədim alban məbədlərinin olduğu bir çox şəhər və regionlarımızı birləşdirəcək.Mən Turizm İnstitutunda dərs deyirəm, gənclərin nəinki alban, həm də yanaşı yaşayan xalqların mədəniyyət və adət-ənənələri ilə çox az tanış olmaları faktına tez-tez rast gəlirəm. Ola bilsin ki, “Azərbaycan - etnosların xəzinəsi” mövzusunda mədəniyyət dəhlizi layihəsi qonşu xalqların mədəniyyəti ilə daha dərin və qarşılıqlı təmas qurmağa kömək edəcək. Ölkədə azsasylı xalqların kompakt yaşadığı yerlərə turlar təşkil etmək olar. Belə turlar turistlərə azsaylı xalqların maddi və mənəvi mədəniyyəti ilə tanış olmaq imkanı yarada bilər. Əminəm ki, belə layihələr yalnız xarici turistlər üçün deyil, gənclərimiz üçün də maraqlı olacaq. Lakin bu layihələr hazırlanarkən gənclərin tələbləri nəzərə alınmalıdır. Müxtəlif sənətkarlıq mərkəzləri mövzusu ilə bağlı mədəniyyət dəhlizi də maraq doğura bilər.
Forum iştirakçıları həmçinin qeyd ediblər ki, tolerantlığın qorunub saxlanması üçün daim iş aparmaq lazımdır, başqa ölkələrin təcrübəsi göstərir ki, bu gün tolerantlıq təzyiqə məruz qalır. Hətta ildə bir dəfə ən yaxşı səviyyədə təşkil edilmiş milli azlıqların bayramı və ya Mədəni Müxtəliflik Günü problemi həll etmir. Tolerantlığın həyat normasına çevrilməsi üçün o, həyatımızın daim bir hissəsi olmalıdır.
Bakıda keçirilən və coğrafi körpü rolu ilə yanaşı, mədəniyyətlərarası körpü rolunu oynayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tövsiyələrindən biri özündə bu nəticəni əks etdirir: mədəniyyətlərarası dialoq öz geniş əhatə dairəsi və pozitivliyinə görə münaqişələrin həlli, həm ayrı-ayrı insanların, həm də xalqların dinc və yanaşı yaşaması üçün gözəl imkandır. Bir qayda olaraq, rəqabət prinsiplərinə əsaslanan iqtisadiyyat və siyasətdən fərqli olaraq mədəniyyət yaxınlaşdıran, birləşdirən, əməkdaşlığa yol açan amildir və buna görə də sivilizasiyalararası münasibətlərdə olduqca vacib elementdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət