ABŞ Konqresi İrana qarşı yeni iqtisadi sanksiyalar paketi hazırlayır.
ABŞ Konqresinin Yuxarı və Aşağı palataları tərəfindən hazırlanmş qanun layihələrində İranın dağ-mədən və tikinti sektorlarına aid müəssisələrinin də “qara siyahıya” salınması nəzərdə tutulur, eləcə də 2015-ci ilə qədər İran neftinin ixracına tamamilə qadağa qoyulması məqsədi güdülür. ABŞ-ın ötən il tətbiq etdiyi sanksiyalar artıq İran neftinin ixracının iki dəfə azalmasına səbəb olub.
ABŞ Konqresinin Nümayəndələr Palatası avqust ayında tətilə çıxana qədər qanun layihəsini qəbul edə bilər. Senatda səsvermə sentyabr ayından tez olmayaraq keçiriləcək. Bu barədə AP agentliyinə Konqresin Yuxarı Palatasının Xarici İşlər Komitəsinin rəhbəri Robert Menendes məlumat verib.
Qanunvericilərin İrana qarşı sanksiya prosesini sərtləşdirmə planları avqustun 4-də keçiriləcək İranın yeni prezidenti Həsən Ruhaninin inauqurasiya mərasiminə qədər belə tədbirlərin görülməsini istəməyən ABŞ administrasiyasının narahatlığına səbəb olub.
Vaşinqton yeni dövlət başçısına nüvə sahəsində güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirmək imkanı vermək istəyir və yeni sanksiyaların İranın nüvə probleminin nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir göstərəcəyindən ehtiyat edir.
“Beynəlxalq vasitəçilər “altılığı” (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) H.Ruhani prezident səlahiyyətlərini yerinə yetirməyə başladıqdan sonra İranla danışıqların davam edəcəyinə ümid etdiyini bildirib”, - deyə agentlik qeyd edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət