“İnterfaks-Azərbaycan” agentliyinin “Makkabi-Azərbaycan” İdman Cəmiyyətinin prezidenti, STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun Bakı nümayəndəliyinin rəhbəri Semyon İxiilovla müsahibəsi
-Semyon Borisoviç, agentliyimizə vaxt ayırdığınız üçün minnətdarlığımı bildirirəm. Bizə məlum oduğu kimi, bu yaxınlarda sizin rəhbərlik etdiyiniz İdman Cəmiyyətinin nümayəndələri Təl-Əvivdə komanda hesabında altıncı yeri tutaraq yaxşı nəticə ilə qayıdıblar. Bu barədə oxucularımıza ətraflı məlumat verə bilərsinizmi?
- “Makkabi-Azərbaycan” İdman Cəmiyyəti 1991-ci ildə yəhudi icmasının nəzdində təşkil edilib. Makkabi Makkavei, yəni İsrail təsərrüfatı deməkdir, lakin biz Azərbaycandanıq və hər zaman Azərbaycan Respublikasını təmsil edirik və qələbə çalarkən Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını qaldırırıq. Bir sözlə, bu, Azərbaycanın qələbəsidir.
Qeyd etdiyim kimi, “Makkabi-Azərbaycan” 1991-ci ildən fəaliyyət göstərir. Mən 2010-cu ildə bu İdman Cəmiyyətinin prezidenti seçilmişəm. Lakin mən şərt qoydum ki, irəliləyiş olacağı təqdirdə işləyəcəyəm, çünki buna qədər mən hər hansı önəmli qələbə qazanıldığını xatırlamıram. Ola bilsin ki, idmançılar hansısa yarışmalarda yer tutmuşdular, lakin önəmli nailiyyətlər qazanılmamışdı. Görünür ki, tutulan yerlər ikirəqəmli - qırxıncı, əllinci və s. olub.
Bu il 17-31 iyul tarixlərində Təl-Əvivdə keçirilən Makkabiada üzrə beynəlxalq oyunlarda “Makkabi-Azərbaycan” 10 idmançı ilə təmsil olundu. Azərbaycan nümayəndə heyətinə dama üzrə eks dünya çempionu, respublikanın əməkdar məşqçisi Boris Muşailov rəhbərlik edirdi.
Bu oyunlarda çoxlu nümayəndə heyəti iştirak edirdi. Gördüyünüz kimi, bizim nümayəndələrimizin sayı az idi. Yarışlarda isə 75 ölkədən 9 min idmançı iştirak edirdi.
“Makkabi-Azərbaycan” iki qızıl, iki gümüş və iki bürünc medal qazanaraq komanda hesabında altıncı yeri tutdu, təbii ki, altı dəfə bayrağımız qaldırıldı, iki dəfə Azərbaycanın himni səsləndirildi.
Bu, bizim üçün yüksək nailiyyətdir. Qarşıda bizi çoxlu oyunlar və yarışlar, xüsusən də 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları gözləyir. Hesab edirəm ki, bu Olimpiadada elə çıxış etməliyik ki, özümüzü tanıtdıra bilək. Bizim sayımız az deyil. Cəmiyyətimizin 300-ə yaxın üzvü var. Böyük komandalarımız var. Əgər voleybol, basketbol komandaları barədə danışsaq, burada neçə oyunçunun olduğunu bilirsiniz. Onları harasa göndərmək üçün mütləq hansısa ehtiyatlara malik olmaq lazımdır. Hər şey göründüyü kimi asan deyil. Lakin biz bu günə qədər görülən işlərdən razıyıq. Biz il ərzində bir çox yarışlarda iştirak edirik. Bizdə Qafqaz oyunları da var, bütün dünyanı gəzir və yarışlar keçiririk. Bu işdə Azərbaycanın Gənclər və İdman Nazirliyi bizə kömək edir. Onlar bizi hər şeylə təchiz edir, səfər xərclərimizi ödəyir, bir sözlə, lazım olan hər şeyi edirlər. Biz onlara minnətdarıq.
Mən “Makkabi-Azərbaycan”ın prezidenti olaraq komandamızın Təl-Əvivdəki çıxışının nəticələrindən razıyam. Deyim ki, coşqu hələ keçməyib. Mən hər yerdə bu barədə bəyan edir, danışıram.
-Belə bir məlumat var ki, Makkabiadadakı qələbəni Azərbaycan prezidenti İlham Əliyevə həsr etmisiniz. Bu doğrudurmu?
- Əlbəttə, bizim bütün qələbələrimiz, hər bir addımımız və Makkabiadaya getmək arzusu Azərbaycan Respublikası prezidentliyinə vahid namizədə, əziz İlham Heydər oğlu Əliyevə həsr edilib.
Mən qeyd etdim ki, qələbə prezidentliyə vahid namizədə həsr edilib. Bəli, biz ona səs verməyə bilmərik, çünki başqa heç kim onun 10 il ərzində həyata keçirdiklərini etməyə qadir deyil. O, Azərbaycanı iqtisadi cəhətdən geridə qalmış ölkədən işıqlı, xoşbəxt və çiçəklənən respublikaya çevirib. Bu gün demək olar ki, Azərbaycan bütün dünyanın iqtisadi siyasətinin önündə irəliləyir. Bu nailiyyət İlham Əliyevin böyük dövlət planları ilə əlaqədardır. Başqa cür ola da bilməz. Alternativ yoxdur. Hər şey göz önündədir. Biz başqa namizəd tanımırıq, başqa prezident istəmirik. Mən Azərbaycanda yaşayan bütün yəhudilərin adından deyə bilərəm ki, oktyabrın 9-da biz hamımız bir nəfər kimi vahid namizədimiz İlham Əliyevə səs vermək üçün seçki məntəqələrinə gedəcəyik. Və biz əminik ki, prezidentliyə digər namizədlər İlham Əliyevdən çox geridədirlər.
Bilirsinizmi, İlham Əliyev yalnız Azərbaycanın prezidenti deyil, o, həm də bizim hər birimizin prezidentidir. Mən bu yaxınlarda Qubadakı Qırmızı Qəsəbədə German Zaxaryayevin prezidenti olduğu STMEQİ Beynəlxalq Xeyriyyə Fondunun inşa etdiyi Heydər Əliyev Parkının açılış mərasimində onunla görüşdüm. Bu park həm də İliyevlər və Nisanovlar (Rusiyanın tanınmış iş adamları, Qod Semyonoviç Nisanov və onun atası Semyon Davıdoviç Nisanov, eləcə də onların ortaqları Zarah İliyev və onun qardaşları - İF-Az) ailələrinin səyləri ilə yaradılıb. Park bu xeyirxah insanlar tərəfindən onların vəsaiti hesabına Qırmızı Qəsəbədə yaşayan yəhudilər üçün tikilib. Burada insana lazım olan hər şey var. Bura əla yerdir.
Bizim prezidentimizi və hörmətli birinci xanımımızı orada görmək mənə çox xoş idi. Axı bütün Azərbaycanı gəzsən, hər yerdə bu gün prezidentimizin yürütdüyü siyasətin izlərini görmək olar.
Söhbətin bu yerində mən sizə Makkabiadanın mükafatçılarından biri olan Aleksandr Madvikini təqdim etmək istəyirəm. O, bizim idman klubumuzun vitse-prezidentidir, Makkabiadada iştirak edib və necə deyərlər, hadisələrin mərkəzində olub
A.Mordvinkin:
Semyon Borisoviçin qeyd etdiyi kimi, bizim cəmiyyətimizin cüdo, karate, şahmat, dama, basketbol və sair idman növləri üzrə müxtəlif seksiyalarda təmsil olunan 300-ə yaxın üzvü var. “Makkabi-Azərbaycan”ın qapıları milliyyəti və dinindən asılı olmayaraq bütün uşaqların üzünə açıqdır. Yəni “Makkabi”nin mənzil-qərargahının İsraildə olması o demək deyil ki, burada yalnız yəhudilər məşğul ola bilər. Xeyr, “Makkabi” beynəlmiləl cəmiyyətdir.
Cəmiyətimizin prezidentinin dediklərinə onu əlavə etmək istərdim ki, Makkabiada dörd ildə bir dəfə keçirilir. Miqyasına görə Makkabiada Olimpiada və Universiadadan sonra üçüncü yeri tutur. Bu, beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb.
Makkabiadada yarışlar 42 idman növü üzrə və “open” kateqoriyalarında keçirilib, ilk dəfə “masters” kateqoriyası açılıb və hətta paralimpiya idmanı da təqdim edilib.
Bizim uşaqlar - 9 nəfərlik qrup bütün təkbətək döyüş növləri - cüdo, karate, sərbəst güləş üzrə çıxış edirdilər. Bununla yanaşı, biz şahmat üzrə də təmsil olunduq. Əgər komandamızı hər biri 400-500 nəfərdən ibarət olan Avstraliya, Böyük Britaniya, Rusiya, ABŞ komandaları ilə müqayisə etsək, bizim komandamızın üzvlərinin sayı çox az idi. Lakin biz özümüzlə yaxşıların yaxşılarını aparmışdıq və kəmiyyətlə deyil, keyfiyyətlə qələbə qazandıq. Buna görə də hər kəs bizim komanda barədə danışırdı.
Biz Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Bunlar boş sözlər deyil. Biz səmimiyyətlə “Çox sağ olun!” deyir və onun yeni müddətə prezident seçilməsi üçün “Hə” söyləyirik. Bir idmançı kimi biz dövlət başçısının respublikada müxtəlif sahələrin, o cümlədən idmanın inkişafına yetirdiyi diqqəti görərək, ona səs verməyə bilmərik. Yenə də təkrar edirəm, biz İlham Əliyevə səs verəcəyik, çünki başqa alternativ görmürük.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət