ABŞ UNESCO-nun saxlanması üçün vəsaitlərin ödənilmə müddətinə əməl etmədiyi üçün bu təşkilatda səsvermə hüququnu itirib. Bu barədə cümə günü AP agentliyi UNESCO-nun əməkdaşına istinadən xəbər verir.
İki il əvvəl ABŞ Fələstinin bu təşkilata daxil olması qərarına etiraz əlaməti olaraq UNESCO-ya ödəniş etməyi dayandırıb.
Təşkilatın qaydalarına əsasən, ABŞ bu gün səhərə qədər maliyyələşdirməni bərpa etməli ya da ödəniş etməməsinin səbəbi barədə açıqlama verməli idi. ABŞ tərəfindən heç bir addım atılmadığına görə ölkə səsvermə hüququnu itirib.
Bu tədbir o deməkdir ki, bundan sonra ABŞ dünya mədəniyyət abidələrinin müdafiəsi proqramını reallaşdıran təşkilat kimi tanınan UNESCO-nun layihələrinin maliyyələşdirilməsində iştirak edə bilməyəcək. Qeyd edək ki, qorunan mədəni abidələr arasında Nyu-Yorkdakı Azadlıq heykəli və Malidəki Timbuktu şəhəri də var.
Amerikanın ildə $80 mln. təşkil edən (UNESCO büdcəsinin 22%-i) ödənişləri dayandırıldıqdan sonra təşkilat maliyyə böhranı ilə üzləşib ki, bu da onu ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən Holokost tarixinin öyrənilməsi və sunamilərin araşdırılması kimi proqramların maliyyələşdirilmə həcmini kəskin şəkildə azaltmağa vadar edib.
Vaşinqtonda bir çoxları narahatdır ki, ABŞ-ın UNESCO-da tamhüquqlu üzv olmaması onu ekstremizmlə mübarizə, qadın və kişi bərabərliyi, azad mətbuat kimi beynəlxalq proqramların həyata keçirilməsinə təsir etmə imkanından məhrum edəcək.
“Biz əvvəlki nüfuzumuzu saxlaya bilməyəcəyik”, - deyə ABŞ-ın UNESCO-dakı səlahiyyətli nümayəndəsi Fillis Maqrab bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət